. Love.az

Qalina Koltunova - Wikipedia - Love.az

Ana Səhifə - Qalina Koltunova
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: Qalina.

Koltunova Qalina Borisovna (d.5.10.1918, Bakı-v.1994, Bakı) — Azərbaycan SSR xalq artisti (1981).

Qalina Koltunova
Doğum tarixi 5 oktyabr 1918
Doğum yeri Bakı,
Vəfat tarixi 1994
Vəfat yeri Bakı,
Vətəndaşlığı Azərbaycan Azərbaycan

Filmoqrafiya:

Şərikli çörək (film, 1969) - rol: həkim

Həyatı

redaktə

Bakı Teatr Texnikumunu bitirmişdir (1944). 1941 ildən Azərb. Dövlət Rus Dram Teatrında (1949-52 illərdə fasilələrlə) çıxış etmişdir. Rolları: Qlafira ("Qurdlar və qoyunlar", A.Ostrovski), Nataşa ("Üç bacı", A.Çexov), Liza ("Canlı meyit", L.Tolstoy), Nazlı ("Şərqin səhəri", Ə.Məmmədxanlı), Bənövşə ("Kəndçi qızı", M.İbrahimov), Nadejda ("Mənim ümidlərim", M.Şatrov) və b.

Azərb. SSR Ali Sovetinin (10 və 11-ci çağırış) deputatı, Ali Sovetin Mədəniyyət komissiyasının üzvü olmuşdur[1]. "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.

İstinadlar

redaktə
  1. ↑ "KOLTUNOVA Qalina Borisovna". 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-01.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qalina_Koltunova&oldid=6676728"
LOVE.AZ