Qandalar — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd.[2]
Qandalar | |
---|---|
40°42′29″ şm. e. 45°33′36″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Xəritəni göstər/gizlə
|
Bu oykonim rəsmi ədəbiyyatda Qandalar (bəzi mənbələrdə Qandal Alının adından təhrif olunmuş formada) kimi qeyd olunur. Yerli məlumatlara görə, yaşayış məntəqəsinin təməli çarizm dövründə Qazax mahalında qaçaqlıq etmiş xristian qıpçaq türk soyundan olan Qandal Alı adlı şəxs tərəfindən qoyulmuşdur. O, ədalətsiz çar idarəçiliyinə qarşı mübarizə aparan, sadə xalqın müdafiəçisi kimi tanınan bir şəxs olmuş və bölgədə üsyan ruhunun simvoluna çevrilmişdir.[mənbə göstərilməlidir]
Digər tarixi mənbələrə əsasən, bu yaşayış məntəqəsinin təməlini qoyub bura köç etmiş Qandal Alı və onun qohumları, xristian qıpçaq türklərinin soyundandır. Qıpçaq türklərinin bir qolu olaraq, əsasən XI-XII əsrlərdə Qafqaza köç etmiş və Qazax-Tovuz ərazisində məskunlaşmışlar. Əvvəllər hərbi xidmət məqsədilə bu əraziyə gəlmiş bu tayfa, zamanla yerli əhali ilə qaynayıb-qarışmış,lakin türk kimliyini və tarixlərini unutmamış qoruyub saxlamışdırlar.
Bu nəslin nümayəndələri yaşadıqları torpaqlarda sülh, əmək və azadlıq ideyalarını təbliğ etmiş, sosial və mənəvi baxımdan cəmiyyətin fəal üzvlərinə çevrilmişlər. Beləliklə, Qandalar adı yalnız coğrafi bir məkanı deyil, həm də mədəni müxtəlifliyi, tarixi yaddaşı və qəhrəmanlıq ruhunu təmsil edən bir simvol olmuşdur.[3]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd dağətəyi ərazidə yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 485 | 249 | 236 |
2009[5] | ↗525 | ↗276 | ↗249 |
Kənddə Qandalar kənd kitabxana filialı fəaliyyət göstərir.[6]
Kənddə Qandalar kənd ümumi orta məktəbi fəaliyyət göstərir.[7][8]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.