Qanlı Məryəm — güzgüdə peyda olan gələcəyi göstərən ruh, kabus, cadugər və ya mistik varlıq.
Əfsanəyə görə, onun adını müəyyən sayda təkrarlayan şəxs güzgüdə onun obrazını görə bilər. Bu mif müxtəlif mədəniyyətlərdə fərqli şəkildə təqdim olunur: bəzi versiyalarda Qanlı Məryəm xeyirxah bir ruh, digərlərində isə qorxunc və təhlükəli bir varlıq kimi təsvir edilir. Bu inanc qrup halında oynanılan folklor oyunlarının bir hissəsidir.
Keçmişdə gənc qızlar qaranlıq bir evdə şam yandıraraq güzgü qarşısına keçər və gələcək həyat yoldaşlarının simasını görməyə çalışardılar.[1] Əgər güzgüdə bir insan əksi görünürdüsə, bu, uğurlu evliliyə işarə edilirdi. Lakin bəzi hallarda güzgüdə kəllə və ya ölüm mələyinin siması peyda olurdu ki, bu da onların evlənmədən əvvəl öləcəklərinə işarə edilirdi.[1][2]
Bu gün isə Qanlı Məryəm ritualı daha qorxulu formada edilir. İnsanlar zəif işıqda və ya tam qaranlıq bir otaqda güzgü qarşısına keçərək onun adını müəyyən sayda təkrarlayırlar.[3] İnanclara görə, Qanlı Məryəm güzgüdə peyda olub iştirakçıları qorxudur, onlara qışqırır, hətta bəzən hücum edir. Bəzi rəvayətlərdə isə o, qana bulaşmış, cadugər və ya iblis kimi təsvir edilir.[4] Bəzi versiyalarda Qanlı Məryəm fərqli adlarla tanınır – məsələn, Cəhənnəm Məryəmi və ya Məryəm Vört ən məşhur nümunələrdəndir.[3] Yaponiyada yayılan Hanako-san əfsanəsi də Qanlı Məryəm əfsanəsinə çox oxşayır.[5] Bundan əlavə, 1990-cı illərdə Qanlı Məryəm ritualı populyar mədəniyyətdə geniş yer aldı və irqçilik, cinsi zorakılıq və gender bərabərsizliyi kimi mövzuların müzakirəsi üçün bir simvola çevrildi.[6]
Onun həqiqətən mövcud olub-olmaması ilə bağlı müxtəlif fikirlər var.[7] Əfsanənin gerçək tarixi şəxsiyyətlərə əsaslandığı da iddia edilir.
Ən çox ehtimal edilən namizədlər bunlardır:
Qanlı Məryəm əfsanəsi qorxu folklorunun bir hissəsidir və insanların qorxularını ifadə etməsi üçün yaradılmış simvolik bir obraz hesab edilir.