. Love.az

Qara Metallurgiya - Wikipedia - Love.az

Ana Səhifə - Qara Metallurgiya
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Qara metallurgiya — metallurgiya sənayesinin iki əsas sahəsindən biri olub, qara və əlvan metallurgiya istiqamətlərinə bölünür. Bu sahədə əsas rolu qara metallurgiya oynayır. Qara metallurgiya material tutumlu sahə olduğundan, adətən xammal və yanacaq mənbələrinə yaxın ərazilərdə yerləşdirilir.

Tam dövriyyəli qara metallurgiya sənayesində istehsal prosesi aşağıdakı mərhələlərdən ibarətdir:

Dəmir filizinin çıxarılması → onun saflaşdırılması → çuqunun əldə edilməsi → poladın istehsalı → prokat məhsullarının hazırlanması.[1]

2013-cü ilin I rübündə Azərbaycanda metallurgiya sənayesinin istehsal həcmi 68 milyon manat təşkil etmiş, bu da əvvəlki dövrlə müqayisədə 1,3% artım deməkdir. Lakin hazır metal məmulatlarının istehsalında (18,1 milyon manat) 49,2% azalma qeydə alınmışdır.

Ekspertlər hesab edirlər ki, Azərbaycanda qara metallurgiya məhsullarının istehsalında vergidən yayınma halları mövcuddur. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2013-cü ilin yanvar-mart aylarında ölkədə tikinti armaturlarının istehsal həcmi 57,6 min ton təşkil etmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 52,9% çoxdur.

Bəzi iqtisadçılar hesab edirlər ki, qara metallurgiya gizli iqtisadiyyatın “qaranlıq” proseslərinin cərəyan etdiyi sahələrdən biridir. İqtisadçı-sahibkar Nazim Məmmədov "Turan" agentliyə verdiyi açıqlamada bildirmişdir ki, hesabatdan kənar məhsulların satış bazası əsasən Dərnəgül ərazisində cəmlənmişdir və bu məhsullar yalançı müəssisələrin adı altında satılır. Hazırda armatur bazarına əsas nəzarət “Baku Steel Company”şirkətinə məxsusdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda polad istehsalının ən yüksək göstəricisi 2007-ci ildə qeydə alınmış və bu göstərici 468 min ton olmuşdur. 2009-cu ildə bu rəqəm 150 min tonadək azalmış, 2010-cu ildə isə ikiqat artaraq, 2011-ci ildə 380 min tona çatmışdır. “Baku Steel Company” bildirir ki, illik istehsal gücü 770 min ton təşkil edir. Şirkət praktik olaraq ölkədəki bütün qara metal qırıntılarını, batmış gəmiləri və sökülən sənaye müəssisələrini alaraq emal edir.

Bundan başqa, 2012-ci ildə Gömrük Komitəsinin məlumatına əsasən, ölkəyə 100 min ton qara metal qırıntısı idxal edilmişdir. 2011-ci ildə 48,3 milyon ABŞ dolları dəyərində 149 min ton armatur alınmış, bu da 2010-cu il ilə müqayisədə dörd dəfə çox olmuşdur.[2]

İstinadlar

redaktə
  1. ↑ "metallurgiya". 2018-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-04.
  2. ↑ "Hesabatdan kənar «qara» metallurgiya". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-24.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qara_metallurgiya&oldid=8121759"
LOVE.AZ