Qaramahmudlu — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Köhünlü kənd inzibati ərazi dairəsində kənd.[1]
Qaramahmudlu | |
---|---|
40°08′33″ şm. e. 48°01′51″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Xəritəni göstər/gizlə
|
Qaramahmudlu oyk. Şirvan düzündədir. Digər keçmiş adı Baxşı burnudur. Yaşayış məntəqəsini qaramahmudlu nəslinə mənsub ailələr saldığı üçün belə adlanmışdır.[2] Rusiya imperiyasının yaşayış məntəqələrinin siyahısında kəndin adı Qışlaq–Baxşı kimi verilib. Həmçinin siyahıya əsasən qaramahmudlular əvvəllər köçəri həyat tərzi sürmüşlər[3].
2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 489 nəfər əhali yaşayır.[4]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı–əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.