. Love.az

Qaramanoglu Guneri Bey - Wikipedia - Love.az

Ana Səhifə - Qaramanoglu Guneri Bey

Qaramanoğlu Günəri bəy (ö. 17 aprel 1300) — Qaramanoğulları bəyliyinin bəyi.

Günəri bəy
türk. Guneri Bey
Qaramanlı bəyi
ƏvvəlkiQaramanoğlu Mehmed bəy
SonrakıQaramanoğlu Mahmud bəy
Şəxsi məlumatlar
Vəfat tarixi 17 aprel 1300
Vəfat yeri
  • Konya, Rum Səlcuqlu dövləti
Atası Kəriməddin Qaraman bəy

Atası bəyliyin banisi Kəriməddin Qaraman bəydir. Qardaşı Mehmed bəyin 1277-ci ildə monqollar tərəfindən edamından sonra bəyliyi ələ aldı. Ancaq 1383-cü ildə bəyliyi monqol və Səlcuqluların tabeliyində çıxara bildi. Belə ki, Abaqa xanın ölümüylə Anadoluda siyasi boşluq yaranmış, Günəri bəy bir neçə dəfə Konyaya hücum edərək şəhəri darmadağın etmişdir. Ancaq 1287-ci ildə Erməni-Kilikiya çarlığına aid Tarsus şəhərinə hücum etməsiylə, Səlcuqlu və monqolların dəstəyini alan ermənilər bəyliyin mərkəzi Qaramanı işğal etdi. Şəhər yandırıldı və ardından Günəri bəy yenidən Səlcuqlu tabeliyini qəbul etdi. 1294-cü ildə Alaiyə liman şəhərini geri aldı.

17 aprel 1300-cü ildə vəfat etdi.

Mənbə

redaktə
  • Prof. Yaşar Yüce-Prof. Ali Sevim: Türkiye tarihi Cilt I, AKDTYKTTK Yayınları, İstanbul, 1991 p 245
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qaramanoğlu_Günəri_bəy&oldid=6909733"
LOVE.AZ