Qaspar Ulliel (fr. Gaspard Ulliel | /gaspaʁ yljɛl/; 25 noyabr 1984, Nöyi-sür-Sen – 19 yanvar 2022, La-Tronş[2]) — fransız kino və teatr aktyoru, model.
Qaspar Ulliel | |
---|---|
fr. Gaspard Ulliel | |
![]() Qaspar Ulliel Sezar mükafatının təqdimat mərasimində, 2018-ci il | |
Doğum adı | Gaspard Thomas Ulliel[1][2] |
Doğum tarixi | |
Doğum yeri | Nöyi-sür-Sen, O-de-Sen, Fransa[2] |
Vəfat tarixi | (37 yaşında) |
Vəfat yeri | La-Tronş, İzer, Fransa |
Vəfat səbəbi | Kəllə-beyin travması |
Dəfn yeri | Per-Laşez qəbiristanlığı[3] |
Milliyyəti | fransız |
Vətəndaşlığı |
![]() |
Uşağı | Orso Ulliel[4][5] |
Partnyoru | Gaëlle Pietri (2013–2020) |
Fəaliyyəti | aktyor, model |
Fəaliyyət illəri | 1997—2022 |
Təhsili | Paris 8 University Vincennes-Saint-Denis[6] |
Boyu | 1,77 m |
Mükafatları |
![]() «Sezar» (2005, 2017) «Lümyer» (2003, 2015) |
IMDb | ID0880484 |
![]() |
Sebastian Japrizonun eyniadlı romanı əsasında çəkilən «Uzunmüddətli nişan» detektiv dram filmində əsas rollardan birini oynadıqdan sonra dünya şöhrəti qazanmışdı. Aktyorun başqa diqqətəlayiq rolları arasında Piter Uebberin "Hannibal: Yüksəliş" filmində gənc Hannibal Lekter rolu, "Sen Loran" bioqrafik-dram filmində İv Sen Loran və s. rollarıdır. «Uzunmüddətli nişan» filminə görə Sezar mükafatının laureatı: ən ümidverici aktyor kimi, və "Bu sadəcə dünyanın sonudur" filmində ən yaxşı kişi roluna görə ikinci dəfə Sezar mükafatına layiq görülmüşdür. Chanelin "Bleu de Chanel" kişi ətirinin siması idi.
Qaspar Ulliel 1984-ci ildə Parisin şəhərkənarı Nöyi-sür-Sen kommunasında stilistlər ailəsində doğulub[7]. Anası Kristin və atası Serj olmaqla ailədə tək övlad idi[8][9][10][11]. Onun sol yanağındakı çapıq altı yaşında keçirdiyi Doberman hücumunun nəticəsidir[12]. Uşaq ikən Ulliel kinorejissor olmaq arzulayırdı, liseyi bitirdikdən sonra Sen-Deni Universitetinə daxil olaraq orada kinematoqrafiya üzrə təhsil alır[13]. O, çəkilməyə hələ məktəbli olarkən başlamışdı[14], ilk rolunu on iki yaşında televiziya filmində oynamışdı. Fransa televiziyasında yeni aktyor tez bir zamanda özünə diqqət çəkdi və sonrakı illərdə Ulliel bir neçə televiziya layihəsində çəkilməyə başladı.
2005-2008-ci illərdə Qaspar fransız aktrisa Sesil Kassel ilə münasibətdə idi[15][16]. 2007-ci ildə Şarlotta Kasiragi ilə qısa bir münasibəti olub[17]. 2008-2013-cü illərdə Cordan Krantell ilə münasibətdə olub[18].
Qaspar 2013-cü ildən fransız model və müğənni Qaelli Pietri ilə münasibətdə idi. 9 noyabr 2015-ci ildə uşaq gözlədiklərini bildirdilər[19][20]. Oğulları Orso 12 yanvar 2016-cı ildə anadan olub[21][22].
19 yanvar 2022-ci ildə məlum oldu ki, fransalı aktyor Savoyyadakı La Rosière xizək kurortunda bədbəxt hadisənin qurbanı olub[23]. 18 yanvar 2022-ci ildə ailəsi ilə istirahət edərkən iki yamacın kəsişməsində başqa bir xizəkçi ilə toqquşub və ağır kəllə-beyin travması almışdı, təcili yardım vertolyotu ilə La-Tronş yaxınlığındakı Qrönobl şəhərinin universitet xəstəxanasının mərkəzinə çatdırılmışdı və ertəsi gün 37 yaşında vəfat edib[24]. Sonradan məlum olub ki, Ulliel dəbilqəsiz xizək sürərək təhlükəsizlik tədbirlərinə məhəl qoymayıb. Onunla toqquşan Litvalı xizəkçi xəsarət almamışdı[25][26][27][28][29][30].
Filmin ili | Filmin azərbaycanca adı | Filmin orijinal adı | Rol | |
---|---|---|---|---|
1997 | tv.f | Missiya: Cangüdən | Mission protection rapprochée | |
1998 | tv.f | Xoş tətillər | Bonnes vacances | Joel |
1999 | tv.f | Yelləncək | La bascule | Olivye Baron |
1999 | f | Ləqəb | Alias | Nikolya Traye |
1999 | f | Julyett | Juliette | Nikolya Dastye |
2000 | f | Julien l'apprenti | cavan Jülyen | |
2001 | f | Canavar qardaşlığı | Le pacte des loups | Lui |