Qayadibi — Azərbaycan Respublikasının Tovuz rayonunun Qaradaş kənd inzibati ərazi dairəsində kənd.[2]
Qayadibi | |
---|---|
40°42′29″ şm. e. 45°30′14″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Xəritəni göstər/gizlə
|
Kənd qayanın dibində bina edildiyinə görə belə adlanmışdır.
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd dağətəyi ərazidə yerləşir.[3]
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 230 | 101 | 129 |
2009[5] | ↘221 | ↗102 | ↘119 |
Qayadibi kəndi alma bağları ilə məşhurdur. Bu kənddə hər evdə demək olar ki, alma bağları var. Alma burada təbii halda bitir. Aqrotexniki qulluq göstərilməyən bu ağacların suvarılması da həyata keçirilmir. Yəni ağaclar yağış suları ilə qidalanır. Burada almanın bütün sortları yetişir. Meyvə çox olduğundan sakinlər onu satışa da çıxarır.
Kənddə Qayadibi kənd klubu fəaliyyət göstərir.[6]
Kənddə Qayadibi kənd ümumi orta məktəbi fəaliyyət göstərir.[7][8] 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 285 000 manat vəsait ayrılmışdır.[9]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.