. Love.az

Qaz Elm Muzeyi - Wikipedia - Love.az

Ana Səhifə - Qaz Elm Muzeyi

Qaz Elm Muzeyi (ガスの科学館, Qasu no Kaqakukan?) – Yaponiyanın Tokio şəhərinin Koto rayonunda yerləşən interaktiv elm muzeyi. "Tokyo Gas" şirkəti tərəfindən açılmış muzey qazın elmi xüsusiyyətlərinə həsr olunmuşdur.

Qaz Elm Muzeyi
Loqonun şəkli
Xəritə
Açılış tarixi 17 mart 1986
Ölkə
  •  Yaponiya
Yerləşir Toyosu[d]
35°39′08″ şm. e. 139°47′33″ ş. u.HGYO
gas-kagakukan.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Xüsusiyyətlər
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Tarixi

redaktə

Qaz Elm Muzeyi 17 mart 1986-cı ildə "Tokyo Gas" şirkətinin 100 illik yubileyi münasibətilə açılmışdır. Keçmiş muzey 24 mart 2006-cı ildə bağlanmış, muzey 2 iyun 2006-cı ildə yeni binaya köçürülmüşdür. 18 fevral 2010-cu ildə muzeyi ziyarət edənlərin sayı 1 milyonu keçmişdir. 2012 və 2013-cü illərdə muzeyin sərgi otaqlarında yeniləmə işləri aparılmışdır. 17 oktyabr 2013-cü ildə muzeyi ziyarət edənlərin sayı 2 milyona, 1 avqust 2017-ci ildə 3 milyona, 27 fevral 2024-cü ildə 4 milyona çatmışdır.[1]

Xüsusiyyətlər

redaktə

Muzeyin hədəfi qazla bağlı "şübhələri" və "sirləri" izah edib ziyarətçiləri maarifləndirməkdir. Muzeyin bu hədəfi loqoda sual və nida işarələri ilə əks etdirilmişdir. "Qaz nədir?" muzeyin şüarı kimi qəbul olunub. Muzeyin Puka, Pika və Poka adlı üç talismanı var. Mavi rəngdə olan Puka maye qazı, sarı rəngdə olan Pika qazdan əldə olunan elektriki və Poka qazdan əldə olunan istiliyi təmsil edir.[1]

Muzeyin sərgisi interaktivdir, ziyarətçilər beş əsas duyğu üzvündən istifadə edərək qaz haqqında məlumatlar əldə edə bilirlər. Birinci mərtəbədə yerləşən qalereya otaqlarında enerjinin məişət həyatındakı rolu, qaz və alovun xüsusiyyətləri haqqında məlumatlar verilir. Tarixi qalereyada qazla bağlı tarixi eksponatlar sərgilənir. İkinci mərtəbədədə mətbəx, vorkşop otaqları və kviz zalı yerləşir. Burada enerji və cəmiyyəti haqqında məlumat verilir. Qövsvari formada olan muzeyin damı ot örtüyünə malikdir və Yerin kürə formasındə olduğunu təcrübə etmək üçün nəzərdə tutulub.[2]

İstinadlar

redaktə
  1. ↑ 1 2 "がすてなーに とは". Muzeyin rəsmi saytı (yaponca). Archived from the original on 2024-12-01. İstifadə tarixi: 16 yanvar 2025.
  2. ↑ "館内のご案内". Muzeyin rəsmi saytı (yaponca). Archived from the original on 2024-12-01. İstifadə tarixi: 16 yanvar 2025.

Xarici keçidlər

redaktə
  • gas-kagakukan.com — rəsmi saytı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qaz_Elm_Muzeyi&oldid=7989434"
LOVE.AZ