. Love.az

Qdansk - Wikipedia - Love.az

Ana Səhifə - Qdansk
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Qdansk (pol. Gdańsk [ˈgdaɲsk], kaşub Gduńsk, lat. Gedanum, Dantiscum, 1308-ci ildən 1466-cı ilə və 1793-cü ildən 1945-ci ilə qədər Dansiq alm. Danzig‎) adlanmışdır — Şimali Polşada təxminən 500 000 əhalisi olan şəhər. Qonşu Sopot və Qdınya ilə birgə ümumi əhalisi bir milyona yaxın Truymyasto (Üçlü şəhər) aqlomerasiyasına daxildir.

Qdansk
Gdańsk
Gduńsk
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
54°20′53″ şm. e. 18°39′14″ ş. u.HGYO
Ölkə
  •  Polşa[2]
Tarixi və coğrafiyası
Əsası qoyulub güm. 997[1]
İlk məlumat 997
Sahəsi
  • 683 km² (2023)[3]
Mərkəzin hündürlüyü 11 m[4]
Saat qurşağı
  • UTC+01:00
  • Mərkəzi Avropa vaxtı[d]
Əhalisi
Əhalisi
  • 487.834 nəf. (2024)[5]
Rəqəmsal identifikatorlar
Telefon kodu +48 58
Poçt indeksi 80-008–80-958
Nəqliyyat kodu GD, XD
Digər
gdansk.pl
Qdansk xəritədə
Qdansk
Qdansk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qdansk – Baltik dənizində iri liman, sənaye mərkəzidir (xüsusilə neft-kimya və maşınqayırma (gəmiqayırma və gəmi təmiri sənayesi inkişaf edib) sənayesi).

Mündəricat

  • 1 İqtisadiyyat
  • 2 Nəqliyyat
  • 3 İdman
  • 4 Siyasət və yerli özünüidarəetmə
    • 4.1 Regional mərkəz
  • 5 Məşhur qdansklılar
  • 6 Qardaş şəhərlər
  • 7 İstinadlar
  • 8 Şəkillər
  • 9 Xarici keçidlər

İqtisadiyyat

redaktə

Şəhərin sənaye rayonlarında gəmiqayırma, neft-kimya, kimya və qida sənayesi sahələri üstünlük təşkil edir. Elektronika, telekommunikasiya, maşınqayırma, kosmetika və əczaçılıq kimi yüksək texnoloji sektorların payı da durmadan yüksəlir. Kəhrəba emalı da yerli iqtisadiyyatın vacib hissəsidir. Belə ki, dünyada kəhrəba yataqlarının böyük bir hissəsi məhz Baltik dənizi sahillərində yerləşir. Pomor voyevodalığı, eləcə də Qdansk yay aylarında iri turizm mərkəzinə çevrilir, milyonlarla polyak və Avropa İttifaqının digər ölkələrinin vətəndaşları Baltik dənizi sahilindəki çimərliklərdə dincəlirlər.

Qdanskın iri şirkətləri:

  • Grupa Lotos — energetika
  • Energa Trading — energetika
  • GE Money Bank — maliyyə işi
  • Gdańska Stocznia Remontowa — gəmiqayırma
  • Elnord — energetika
  • Elektrociepłownie Wybrzeże — energetika
  • LPP — xırda ticarət
  • Polnord Energobudowa — tikinti şirkəti
  • Petrobaltic — energetika
  • Delphi — avtomobil hissələri
  • Intel — IT
  • IBM — IT
  • Fineos — IT
  • Wirtualna Polska — internet-xidmət
  • Arla Foods — qida sənayesi
  • Acxiom — IT
  • Kainos — IT
  • Dr. Oetker — qida sənayesi
  • Lufthansa Systems — IT
  • Compuware — IT
  • ZenSar Technologies — IT
  • SII — IT
  • Suruga Seiki — IT
  • Thomson Reuters — KİV
  • ThyssenKrupp Johann A. Krause — polad, texnika, mühüm mallar
  • Maersk Line — services & pick-up
  • First Data — maliyyə işi
  • Masterlease — maliyyə işi
  • Transcom WorldWide — autsorsinq biznes-emallar
  • Jysk — xırda ticarət
  • Meritum Bank — maliyyə işi
  • Glencore — xammal
  • Orlen Morena — energetika
  • Fosfory Ciech — kimya şirkəti
  • Crist — gəmiqayırma
  • Dr Cordesmeyer — un istehsalı
  • Hydrobudowa — tikinti şirkəti
  • Mercor — yanğından müdafiə sistemləri
  • Cognor — polad, texnika, mühüm mallar
  • Llentabhallen — polad konstruksiyalar
  • Atlanta Poland — qoz-fındıq və quru meyvələr idxalçısı
  • Ziaja — kosmetika və gözəllik salonları şirkəti
  • Stabilator — tikinti şirkəti
  • Skanska — tikinti şirkəti
  • Young Digital Planet — IT
  • Flügger — boya istehsalı
  • Satel — təhlükəsizlik sitemləri, IT
  • HD Heavy Duty — xırda ticarət
  • Dresser Wayne — xırda yanacaqdoldurma şəbəkəsi
  • Maersk Line — services & pick-up
  • First Data — maliyyə işi
  • Masterlease — maliyyə işi
  • Transcom WorldWide — autsorsinq biznes-emallar
  • Weyerhaeuser Cellulose Fibers — sellüloz liflərinin istehsalı (nəzərdə tutulub)
  • Sony Pictures Entertainment — mühasibat uçotu (nəzərdə tutulub)
  • Gdańsk Shipyard — gəmiqayırma
  • Stocznia Północna — gəmiqayırma

Nəqliyyat

redaktə
 
Qdansk tramvayı — Bombardier NGT6.
  • Lex Valensa adına Qdansk hava limanı – Qdanskda yerləşən beynəlxalq hava limanı;
  • Qdansk limanı — Qdansk körfəzinin cənub sahilində, şəhərin hüdudları daxilində yerləşən liman;
  • Gdańsk Główny (PKP vağzal) — PKP Intercity и SKM xidmətləri göstərən əsas sərnişindaşıma dəmiryolu stansiyası;
  • Szybka Kolej Miejska — Truymyastoda şəhərlərarası nəqliyyat xidməti;
  • Avtobuslar və tramvaylar parkı ЗТМ Gdańsk (Zarząd Transportu Miejskiego w Gdańsku) ixtiyarındadır.
  • Obwodnica Trójmiejska — Qdınya, Sopot və Qdansk şəhərlərinin ətrafında dolanan xətt.

Qatar əsas Polşa şəhərlərilə, eləcə də qonşu vilayətlərlə əlaqəni təmin edir. A1 avtostradası Qdansk şəhərini və limanını ölkənin cənub sərhədləri ilə birləşdirir.

Qdansk cənuba doğru Polşa, Çexiya, Avstriya və Sloveniyadan keçib Xorvatiyanın Pula şəhərində yekunlaşan AvroVelo marşrutunun başlanğıc məntəqəsidir.

İdman

redaktə
 
"Lechii" stadionu

Qdanskda, eləcə də Truymyasto vilayətində çoxlu sayda məşhur peşəkar idman komandaları var. Həvəskar idmanla minlərlə qdansklı məşğul olur, idman fənni bütün təhsil ocaqlarında (ibtidai və orta məktəblərdə, universitetlərdə) tədris edilir. Şəhərin peşəkar futbol klubu Lexiyadır. 1945-ci ildə təsis edilən bu klub Polşa futbol çempionatının yüksək divizionunda oynayır. Klub ev oyunlarını keçirdiyi Lechii stadionunu 2012-ci ildə Ukraynayla yanaşı Polşada da keçiriləcək futbol üzrə Avropa çempionatı üçün tikilən PGE Arena stadionuna dəyişəcək.

Siyasət və yerli özünüidarəetmə

redaktə
 
Uzun Bazar gecə vaxtı

Müasir Qdansk Pomor voyevodalığı adlanan əyalətin mərkəzidir. Şəhər həm də Polşanın iqtisadi və adminstrativ həyatının əsas mərkəzlərindən biridir. Hakimiyyətin bir çox vacib dövlət və yerli orqanlarının – əyalət adminstrasiyasının, əyalət hökumətinin, Dövlət Xəzinəsi Agentliyinin, İstehlakçıları və Rəqabətin Müdafiəsi Agentliyinin, Regional Sosial Sığorta Şirkətinin, Apelyasiya məhkəməsinin, Adminstrativ Ali məhkəmənin şəhərdə şöbələri, baş ofisləri var.

Regional mərkəz

redaktə

Qdansk voyevodası 1999-cu ildə genişləndirilmiş və keçmiş Slupski voyevodasının böyük bir hissəsi, Elblonq voyevodasının qərb hissəsi, Bıdqoş voyevodasının Xoynitse qəzası onun tərkibinə qatılmışdır.

Məşhur qdansklılar

redaktə
  • Böyük Sventopelk (Świętopełk) (1191—1266)
  • Yan Dantişek (1485—1548)
  • Abraham van den Blok (1572—1628)
  • İsaak van den Blok (1572—1626)
  • Yeremias Falk (1610—1667)
  • Yeji Starovski (1614—1675)
  • Yan Qeveli (1611—1687), pivəçəkən və astronom.
  • Qabriel Farenqeyt (1686—1736), fizik, eyniadlı hərarət şkalasının icadçısı.
  • Daniel Qralat (1708—1767)
  • Daniel Xodovetski (1726—1801)
  • Adam Kazimir Çartorıyski, (1734—1823)
  • Yan Upxagen (1731—1802)
  • Kristof Selestin Mronqovi (1764—1855)
  • Artur Şopenhauer (1788—1860), filosof.
  • Lex Badkovski (1920—1984)
  • Günter Qrass (1927), yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı 1999.
  • Lex Valensa (1943)
  • Kşiştof Kolberger (1950)
  • Yan de Verixa-Vısoçanski (1950)
  • Yeji Ovsyak (1953)
  • Donald Tusk (1957)
  • Pavel Qvelle (1957)
  • Zbiqnev Vansel (1966)
  • Dariuş Mixalçevski (1968)
  • Adam Darski (1977), musiqiçi, ən məşhur polyak metal-qruppası olan "Behemoth"un vokalçısı və gitaraçısı.
  • Xolger Sukay, musiqiçi, alman kraut-rok qruppası olan "Can"ın yaradıcılarından biri.
  • Marek Kaminski – polyak səyyah, qütbçü.

Qardaş şəhərlər

redaktə
  •   Astana, Qazaxıstan
  •   Barselona (isp. Barcelona), İspaniya
  •   Bremen (alm. Bremen‎), Almaniya
  •   Bıtuv (pol. Bytów, alm. Bütow‎), Polşa
  •   Vilnüs (lit. Vilnius, pol. Wilno), Litva
  •   Kalininqrad, (rus. Калининград), Rusiya
  •   Kalmar (isv. Kalmar), İsveç
  •   Klivlend (ing. Cleveland), Ohayo, ABŞ
  •   Marsel (fr. Marseille), Fransa
  •   Nitssa (fr. Nice), Fransa
  •   Odessa (ukr. Одеса), Ukrayna
  •   Rotterdam (nid. Rotterdam), Niderland
  •   Ruan (fr. Rouen), Fransa
  •   Sankt-Peterburq, (rus. Санкт-Петербург), Rusiya (1961)
  •   Sefton (ing. Sefton), İngiltərə
  •   Turku (fin Turku, isv. Åbo), Finlandiya
  •   Helsingör (dan. Helsingør), Danimarka
 
Şəhərin panoraması

İstinadlar

redaktə
  1. ↑ Deutsche Nationalbibliothek Record #4011039-4 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. ↑ 1 2 ArchINFORM (alm.). 1994.
  3. ↑ https://stat.gov.pl/obszary-tematyczne/ludnosc/ludnosc/powierzchnia-i-ludnosc-w-przekroju-terytorialnym-w-2023-roku,7,20.html.
  4. ↑ https://it-ch.topographic-map.com/map-hmdcmt/Danzica/?zoom=19&center=54.34773%2C18.65102&popup=54.34788%2C18.65101.
  5. ↑ https://stat.gov.pl/obszary-tematyczne/ludnosc/ludnosc/ludnosc-stan-i-struktura-ludnosci-oraz-ruch-naturalny-w-przekroju-terytorialnym-w-2024-r-stan-w-dniu-30-06,6,37.html.

Şəkillər

redaktə
  •  
    Wysokościowce — Qdanskın mərkəzindəki mehmanxanalar və ofis binaları
  •  
    Ambarlar adasında taxıl ambarı
  •  
    İstehkamlarla həlqələnmiş Qdansk (XVII əsr)
  •  
    Zubr Bastionu — Aşağı şəhər
  •  
    Sahilboyu ərazilərin müdafiəçilərinin abidəsi (Vesterplatt)
  •  
    PGE Arena Qdansk

Xarici keçidlər

redaktə
  • http://www.gdansk.pl
  • Qdansk. Fotoalbom Arxivləşdirilib 2007-12-16 at the Wayback Machine
  • Qdanskın retro foto-şəkilləri
  • Qdanskdakı mehmanxanalar Arxivləşdirilib 2010-08-13 at the Wayback Machine
  • Qdanskdakı apartamentlər Arxivləşdirilib 2006-05-21 at the Wayback Machine
  Vikianbarda Qdansk ilə əlaqəli mediafayllar var.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qdansk&oldid=6912557"
LOVE.AZ