. Love.az

Qokoku Mebedi - Wikipedia - Love.az

Ana Səhifə - Qokoku Mebedi

Qokoku məbədi (護国寺, Qokoku-ci?, azərb. "Ölkənin mühafizəsi məbədi"‎) – Yaponiyanın Tokio şəhərinin Bunkyo rayonunda yerləşən buddist məbədi.[1] Buddizmin Şinqon sektasının Buzan qoluna aiddir.[1]

Şinqon buddizmi
Qokoku məbədi
Qokoku-ci (護国寺?)
Əsas zal.
Əsas zal.
Xəritə
Yerləşməsi
Ölkə
  •  Yaponiya
Yeri Bunkyo, Tokio, Tokio prefekturası
Memarlıq
Tikdirəni Ryoken
gokokuji.or.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Qalereya
  • 3 İstinadlar
  • 4 Ədəbiyyat

Tarixi

redaktə

Məbəd 1681-ci ildə şoqun Tokuqava Tsunayoşinin sifarişi ilə keşiş Ryoken tərəfindən qurulmuşdur.[1] Tsunayoşi və onun anası Keyşo İn bu məbədin himayəçiləri olmuşdurlar.[1] Hazırda Əhəmiyyətli mədəni mülk statusu daşıyan əsas zal 1698-ci ildə tikilmişdir.[1] Məbədin qəbiristanlığında Edo dövründə yaşamış 40-dan çox konfutsiçi alimin qəbri yerləşir.[1] Məbədin Tokuqava şoqunluğu ilə sıx əlaqələri olduğu üçün burada tez-tez şoqunluğun adından ibadətlər yerinə yetirilmişdir.[1] Məbəd bodhisattva Kannona həsr olunmuşdur.[1]

Qalereya

redaktə
  •  
    Darvazası.
  •  
    Əsas zalın içərisi.
  •  
    Fənər.
  •  
    Qəbiristanlığı.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 Kodansha Encyclopedia of Japan

Ədəbiyyat

redaktə
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). III cild. Tokio: Kodansha. 1983. səh. 43. ISBN 0-87011-623-1. İstifadə tarixi: 3 iyul 2022.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qokoku_məbədi&oldid=6528654"
LOVE.AZ