Qonfalonyer (it. gonfaloniere, hərf. "bayraqdar") — XIII əsrin ortalarından Florensiyada və digər İtaliya şəhərlərində popolan milislərinin başçılarına verilən ad.[1]
Titul 1250-ci illərdə Florensiyadan yaranmışdır. Bu vəzifəni daşıyanlar milis başçısı kimi tanınırdılar. Ədliyyə qonfalonyeri kimi tanınan oxşar vəzifə xalqın maraqlarını qorumaq üçün yaradılmışdır. Onlar şəhər hökuməti olan Sinyoriyanın bir hissəsi idilər.[2]
Papa dövlətində Kilsə qonfalonyeri hərbi titulu mövcud idi. Artıq XIV əsrdə bu vəzifə ləqayət və fərqlənmə nişanəsi xarakterini qazanmışdır.[3]