. Love.az

Qotfrid Vaqener - Wikipedia - Love.az

Ana Səhifə - Qotfrid Vaqener

Qotfrid Vaqener (alm. Gottfried Wagener‎; 5 iyul 1831[1], Hannover[1] – 8 noyabr 1892[1], Suruqaday[d], Tokio) və ya Qotfrid Vaqner – Almaniya texniki konsultantı və müəllimi.[2] Meyci dövründə Yaponiyada incəsənət, sənaye, keramika və parçaçılıq sahələrinin inkişafına töhfələr vermişdir.[2]

Qotfrid Vaqener
Doğum tarixi 5 iyul 1831(1831-07-05)[1]
Doğum yeri
  • Hannover, Hannover krallığı[d][1]
Vəfat tarixi 8 noyabr 1892(1892-11-08)[1] (61 yaşında)
Vəfat yeri
  • Suruqaday[d], Çiyoda, Tokio, Yaponiya
Vəfat səbəbi ağciyər iltihabı
Dəfn yeri
  • Aoyama qəbiristanlığı[d]
Təhsili
  • Göttingen Universiteti
Fəaliyyəti kimyaçı, universitet müəllimi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vaqener hökumət və istehsalçılar üçün məsləhətçilik etmiş, Qərb üslublarını tətbiq etmək, istehsalı artırmaq, xarici ticarət üçün məhsullar hazırlamaq, yapon dulusçuluq məmulatlarını xaricdə populyarlaşdırmaq üçün yollar göstərmişdir.[2] Vaqener ənənəvi yapon incəsənət məmulatlarının öyrənilməsinin, saxlanılmasının və tətbiqinin vacib olduğunu vurğulamışdır.[2]

Mündəricat

  • 1 Həyatı
  • 2 İstinadlar
  • 3 Ədəbiyyat
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Qotfrid Vaqener 1831-ci ildə Hannover şəhərində anadan olub və Göttingen şəhərində yerləşən Qeorq-Avqust Universitetindən məzun olub.[2] 1868-ci ildə fabrik tikintisinə kömək etmək məqsədilə Yaponiyanın Naqasaki şəhərinə gedib.[2] Növbəti il səlahiyyətli şəxslərə kömək edərək Arita dulusçuluq məmulatları üçün peçin inkişaf etdirilməsində iştirak edib.[2] 1871-ci ildə Tokioya gedərək müəllim kimi dövlət xidmətinə daxil olub.[2] Uzun müddət Nanko Universitetində və Tokio Universitetində fizika və tətbiqi kimya mövzularında dərslər verib.[2]

1884-cü ildən etibarən Tokio Sənət Məktəbinin Dulusçuluq və Şüşəçilik bölməsinin başçısı vəzifəsini yerinə yetirməyə başlayıb.[2] 1873-cü ildə Vyanada və 1876-cı ildə Filadelfiyada keçirilən beynəlxalq sərgilərdəki yapon iştirakçılar üçün əhəmiyyətli məsləhətlər verib və planlar hazırlayıb.[2] Vaqener yazılarında qeyd edirdi ki, Qərb texnikaları ənənəvi texnikaları əvəz etmək üçün deyil, onları inkişaf etdirmək üçün istifadə olunmalıdır.[2] Bu fikir daha sonra Yaponiya hökumətinin siyasətinə çevrilmişdir.[2] Yaponiyada ilk Qərb keramikası zavodunun tikintisinin səlahiyyəti ona verilib və Yaponiya incəsənətinə həsr olunmuş muzeyin (hazırda Tokio Milli Muzeyi) tikintisinə kömək edib.[2] Vaqenerin digər əhəmiyyətli töhfələri ənənəvi kluazonneni şampleve emalı ilə tanış etməsi və Asahi dulusçuluq məmulatlarını inkişaf etdirməsi olub.[2] Bir çox sahədə Meyci dövrünün sənətçilərinə təsir edib.[2]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 Deutsche Nationalbibliothek Record #140804889 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 Kodansha Encyclopedia of Japan

Ədəbiyyat

redaktə
  • Kodansha Encyclopedia of Japan. VIII cild. Tokio: Kodansha. 1983. səh. 199. ISBN 0-87011-628-2. İstifadə tarixi: 8 mart 2022.

Xarici keçidlər

redaktə
  •   Vikianbarda Qotfrid Vaqener ilə əlaqəli mediafayllar var.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qotfrid_Vaqener&oldid=6455341"
LOVE.AZ