. Love.az

Qozinaki - Wikipedia - Love.az

Ana Səhifə - Qozinaki

Qozinaki (gürc. გოზინაყი ) — İncə doğranmış və qovrulmuş qozun (nadir hallarda fındıq və ya badam) ərinmiş bal ilə qarışdırılmasından yaranan gürcü milli şirniyyatı.[1][2][3]

Qozinaki
Mənşəyi
  •  Gürcüstan
Tərkibi
Əsas
  • qoz
Digər mətbəxlərdə
Oxşar Qrilyaj

Mündəricat

  • 1 Adı
  • 2 Tarixi və hazırlanması
  • 3 İstehsalı
  • 4 İstinadlar

Adı

redaktə

Şirniyyatın adı, ehtimal ki, şirniyyatın əsas hissəsini təşkil edən "qoz" sözündən götürülmüşdür. Qoz sözü, qonşu və gürcülərlə birlikdə yaşayan azərbaycanlıların dilində istifadə edilən sözdür. Qonşu olduqları və Tbilisidə uzun müddət azərbaycan dilinin hakim dil olması səbəbindən Azərbaycan dilindən gürcü dilinə bir çox sözlər keşmişdir.[4]

Tarixi və hazırlanması

redaktə

1868-ci ildə Gürcüstanın "Vaxt" (gürc. დროება) qəzetində dərc olunmuş yazıda, qoz və ya badam və ərinmiş baldan hazırlanan şirniyyatın resepti verilib.[5]

Vilyam Poxleobkin “Xalqımızın milli mətbəxləri” kitabının “Gürcü mətbəxi” bölməsində qovrulmuş doğranmış qozdan (badam və ya fındıq), qaynadılmış baldan və şəkər tozundan hazırlanmış qozinaki reseptini verir.[6]

Gürcüstanda gozinaki ənənəvi olaraq Milad və Yeni il süfrəsi üçün hazırlanır.[7][8] Gürcü xalqının qədim dini inancına görə bal və qoz müqəddəs yemək hesab edilərək “Batonebi”yə hədiyyə kimi təqdim edilirdi. Həmçinin, Svanetidə qeyd edilən Lipanali günündə, inanclara görə, ölülərin ruhlarının geri döndüyü yola bal və süd qarışığı səpilir.[9][10]

Hazırlanması zamanı, reseptdən asılı olaraq, şəkər siropu, bəkməz və ya bal, qoz ləpəsi, ərik çəyirdəyi, günəbaxan, küncüt, badam istifadə edilir.

İstehsalı

redaktə

Qozinaki karamel qrupundan olan şərq şirniyyatıdır.[11] Avrasiya İqtisadi Birliyində tətbiq olunan Belarus Respublikasının "Şəkər şirniyyatları. Ümumi spesifikasiyalar" standartı Qozinakini "karamel istehsalının şəkər şirniyyatı" kimi təyin edir.[12]

İstinadlar

redaktə
  1. ↑ Соловьёва Л. Т., Башелеишвили Л. О., М. Шилакадзе, редакция БРЭ. ГРУЗИ́НЫ // Большая российская энциклопедия (БРЭ) (сайт) (rus). 2020. 2024-04-08 tarixində arxivləşdirilib.
  2. ↑ Чубинашвили (Чубинов), Давид. Грузино-русский словарь. Сабчота Сакартвело. 1984.
  3. ↑ Goldstein, Darra. The Georgian Feast: The Vibrant Culture and Savory Food of the Republic of Georgia. University of California Press. 2013. ISBN 9780520275911.
  4. ↑ Халилов, Маджид Шарипович. Грузинско-дагестанские языковые контакты (rus). Наука. 2004. ISBN 978-5-02-032680-4.
  5. ↑ ქრისტეშობის 31-ია…, 1868
  6. ↑ Похлёбкин, 1983
  7. ↑ Киладзе, 2008
  8. ↑ Киладзе, 2010, 2012
  9. ↑ Рехвиашвили, 1978
  10. ↑ Рехвиашвили, 2012
  11. ↑ "Восточные сладости". Большая российская энциклопедия (rus). 2023-08-16. İstifadə tarixi: 2025-05-28.
  12. ↑ "Скачать СТБ 934-93 Сладости сахарные. Общие технические условия". files.stroyinf.ru. İstifadə tarixi: 2025-05-28.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qozinaki&oldid=8152219"
LOVE.AZ