. Love.az

Qriqor Artsruni - Wikipedia - Love.az

Ana Səhifə - Qriqor Artsruni

Qriqor Artsruni (erm. Գրիգոր Արծրունի; 27 fevral (11 mart) 1845[1][2], Moskva, Rusiya imperiyası[1][2] – 19 (31) dekabr 1892[2], Tiflis, Rusiya imperiyası[1]) — erməni liberal-burjua publisisti, "Mşak" qəzetinin naşiri və redaktoru. O, Andrey Artsruninin qardaşı olmuşdur.

Qriqor Artsruni
erm. Գրիգոր Արծրունի
Doğum tarixi 27 fevral (11 mart) 1845[1][2]
Doğum yeri
  • Moskva, Rusiya imperiyası[1][2]
Vəfat tarixi 19 (31) dekabr 1892[2] (47 yaşında)
Vəfat yeri
  • Tiflis, Rusiya imperiyası[1]
Dəfn yeri
  • Xocivank panteonu[d]
Təhsili
  • Birinci Tiflis gimnaziyası (1858–1863)[1],
  • Heydelberq Universiteti (1867–1869)[1]
Fəaliyyəti publisist, ədəbi tənqidçi, ictimai xadim, iqtisadçı
Elmi dərəcələri
  • fəlsəfə doktoru[1][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Mənbə
    • 2.1 İstinadlar
    • 2.2 Ədəbiyyat

Həyatı

redaktə

Qriqor Artsruni 27 fevral 1845-ci ildə Rusiya imperiyasının Moskva şəhərində anadan olmuşdur. O, latın, alman, fransız, rus və erməni dillərini öyrənmişdir. Artsruni 1863-cü ildə Birinci Tiflis Kişi Gimnaziyasında kurs bitirmiş, sonra Moskva və Sankt-Peterburq Universitetlərində təhsil almışdır.[3] O, ardınca Heydelberq Universitetinə daxil olmuş, burada siyasi və iqtisadi elmlər üzrə təhsil almışdır. Artsruni 1869-cu ildə elmlər namizədi alimlik dərəcəsi aldıqdan sonra Tiflis şəhərinə qayıtmışdır. Qriqor Artsruni ədəbi fəaliyyətinə "Meğu hayastani" ("Ermənistan arısı") və "Haykakan aşxar" ("Erməni dünyası") qəzetlərində başlamış, sonra 1872-ci ildə "Mşak" ("Əməkçi") qəzetini təsis etmişdir. Qəzetin ilk əməkdaşlarından biri yazıçı Perç Proşyan olmuşdur. Buna baxmayaraq, o, Artsruni ilə fikir ayrılığına görə tezliklə istefa vermişdir.[4]

Qriqor Artsruni 31 dekabr 1892-ci ildə Tiflis şəhərində vəfat etmişdir.[5]

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 Հայկական սովետական հանրագիտարան (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 2000.
  2. ↑ 1 2 3 4 5 6 7 8 Հայկական համառոտ հանրագիտարան (erm.). Հայկական հանրագիտարան հրատարակչություն, 1990. C. 1.
  3. ↑ "Арцруни Григорий" (rus). 17 dekabr 2005 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2022.
  4. ↑ Веселовский, Юрий Алексеевич. Прошьяц, Перч  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  5. ↑ Под редакцией Ф. В. Константинова. Арцруни // Философская Энциклопедия. В 5-х т. — М.: Советская энциклопедия. 1960—1970.

Ədəbiyyat

redaktə
  • Калашьян В. А., «Общественные взгляды Григора Арцруни», «Учёные записки Ереванского государственного русского педагогического института имени А. А. Жданова», 1949, том I.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qriqor_Artsruni&oldid=7565921"
LOVE.AZ