. Love.az

Qriqori Kulik - Wikipedia - Love.az

Ana Səhifə - Qriqori Kulik

Qriqori Kulik İvanoviç (rus. Григо́рий Ива́нович Кули́к; 28 oktyabr (9 noyabr) 1890[1] – 24 avqust 1950, Moskva ) — Sovet İttifaqı marşalı (1940), Sovet İttifaqı Qəhrəmanı (1940). 1917-ci ildən Sov.İKP üzvü. Sovet Ordusunda 1918-ci ildən xidmət etmişdir. M. V. Frunze adına Hərbi Akademiyanı bitirmişdir (1932). Birinci Dünya müharibəsinin iştirakçısı olmuş, vətəndaş müharibəsində ağqvardiyaçılara qarşı vuruşmuşdur. Fəhlə-Kəndli Qızıl Ordusu Artilleriya İdarəsinin rəisi (1926-1930; 1937-1939), SSRİ Xalq Müdafiə Komissarının müavini və Baş Artilleriya İdarəsinin rəisi (1939-ci ildən) olmuşdur. Böyük Vətən müharibəsində ordu komandanı (1941,1943) və s. hərbi vəzifələrdə müharibədən sonra Privolje hərbi qoşunlarının müavini olmuşdur. 1946-cı ildən istefaya çıxmışdı.

Qriqori Kulik
Şəxsi məlumatlar
Doğum tarixi 9 noyabr 1890
Vəfat tarixi 24 avqust 1950 (59 yaşında)
Vəfat yeri
  • Moskva, RSFSR, SSRİ
Vətəndaşlığı
  •  Rusiya imperiyası
  •  Rusiya Respublikası[d]
  •  SSRİ
Təhsili
  • M. V. Frunze adına Hərbi Akademiya
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü artilleriya[d]
Xidmət illəri 1912–1946
Rütbəsi Sovet İttifaqı marşalı (1940)
Komandanlıq edib
  • Şimali Qafqaz Hərbi vilayəti[d]
Döyüşlər
  • Birinci Dünya müharibəsi,
  • Rusiyada vətəndaş müharibəsi,
  • Sovet–Polşa müharibəsi,
  • İspaniya vətəndaş müharibəsi,
  • SSRİ–Finlandiya müharibəsi (1939–1940),
  • Böyük Vətən müharibəsi
Təltifləri Lenin ordeni Qırmızı Bayraq ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

SSRİ Ali Sovetinin (1-ci çağırış) deputatı idi. 4 dəfə Lenin ordeni , 4 Qırmızı Bayraq ordeni və medallarla təltif edilmişdir.[2]

İstinadlar

redaktə
  1. ↑ Grigory Ivanovich Kulik // TracesOfWar.
  2. ↑ Azərbaycan Sovet Ensiklopediyası. VI. Bakı. 1982. səh. 18.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qriqori_Kulik&oldid=8071351"
LOVE.AZ