. Love.az

Qriqori Rozen - Wikipedia - Love.az

Ana Səhifə - Qriqori Rozen

Qriqori Vladimiroviç Rozen (rus. Григорий Владимирович Розен; 11 oktyabr 1782 – 18 avqust 1841, Sankt-Peterburq və ya Moskva)—alman əsilli rus hərbçisi, Qafqaz canişini.

Qriqori Rozen
alm. Georg Andreas von Rosen‎
Şəxsi məlumatlar
Doğum tarixi 11 oktyabr 1782(1782-10-11)
Vəfat tarixi 18 avqust 1841(1841-08-18) (58 yaşında)
Vəfat yeri
  • Sankt-Peterburq, Rusiya imperiyası və ya
  • Moskva, Moskva quberniyası[d], Rusiya imperiyası
Vətəndaşlığı
  •  Rusiya imperiyası
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyası
Rütbəsi infanteriya generalı[d]
Döyüşlər
  • Napoleon müharibələri
Təltifləri Pour le Mérite (Prussiya) "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni (Rusiya imperiyası) II dərəcəli Müqəddəs Georgi ordeni (Rusiya imperiyası) III dərəcəli Müqəddəs Georgi ordeni (Rusiya imperiyası) 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni (Rusiya imperiyası) 1-ci dərəcəli "Müqəddəs Vladimir" ordeni (Rusiya imperiyası) Knight of the Order of St. Alexander Nevsky (Rusiya imperiyası) 2-ci dərəcəli "Müqəddəs Vladimir" ordeni (Rusiya imperiyası) Order of Saint Anna, 1st class with diamonds (Rusiya imperiyası) 1-ci dərəcəli "Müqəddəs Anna" ordeni (Rusiya imperiyası) 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni (Rusiya imperiyası) "Şiri-Xurşid" ordeni (Qacar dövləti) I dərəcəli "Qırmızı qartal" ordeni (Prussiya) Medal "For the Capture of Paris" (Rusiya imperiyası) "İgidliyə görə" qızıl qılıncı (Rusiya imperiyası)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 İstinadlar
  • 3 Həmçinin bax
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Qriqori Vladimiroviç Rozen 1782-ci ildə anadan olmuşdu.

Baron Rozen 1831–1837-ci illərdə Qafqazın sərdarı olub.

Qafqazın baş hakimi Baron Rozen Mirzə Fətəli Axundovu Şərq dilləri və elmləri sahəsində mükəmməl hazırlığından razı qalaraq onu dövlət xidmətinə — Qafqaz hakiminin baş dəftərxanasında Şərq dilləri üzrə tərcüməçi vəzifəsinə qəbul edib.

"Tiflis əxbarı" qəzetinin materiallarını Mirzə Yeprem Yenikolopov redaktə edirdi. O, şərq dillərini bilirdi. Arxiv materiallarından məlum olur ki, Azərbaycan dilində "Tiflis əxbarı"qəzeti farsca çıxan qəzet bağlandıqdan sonra buraxılmışdır. Farsca çıxan qəzetin abunəçiləri az olduğundan çox davam edə bilməmişdir. Bunu Qafqazın baş hakimi olmuş Baron Rozenin 1831-ci il dekabrın 30-da maarif naziri K. A. Livenə yazdığı məktubdan da bilmək olar. Baron Rozen yazırdı ki, məndən əvvəl burada fars dilində "Tiflisskiyə vedomosti"qəzeti nəşr olunmuşdur. Qəzeti saxlamaq üçün abunəçilərin sayı az olduğuna görə onun nəşri dayandırılmışdır.

Tatarlar (azərbaycanlılar)onlar üçün çıxan qəzeti (fars nüsxələri nəzərdə tutulur)-təbiətlərinə xas olan maraqla və məmnuniyyətlə qarşıladılar, lakin olduqca az abunə ilə kifayətləndilər. Çünki fars dili nəinki bizə mənsub olan tatarlar (azərbaycanlılar) yaşan Zaqafqaziya ölkəsində, hətta Azərbaycanın özündə də az yayılıbdır. Həmin nəşrdən gözlənilən fayda məni, onu bərpa etmək zərurətinə inanırdı, lakin fars dilində yox tatar dilində.[1]

Baron Rozen maarifin nəzərinə çatdırırdı ki, "Tiflis əxbarı"qəzetində fars dilində çıxan qəzetin məzmununa müvafiq materiallar veriləcəkdir. Dövlət tərifindən Zaqafqaziya müsəlmanlarına verilən yüksək mükafatlar haqqında məlumatlar. 2. Asiyalılar üçün anlaşıqlı və maraqlı xarici və daxili yeniliklər. 3. Yerli əhali arasında Avropa təhsilinə, sənayesinə rəğbət oyadan müxtəlif məlumatlar.

Qriqori Rozen 1841-ci ildə Moskva şəhərində vəfat edib.

İstinadlar

redaktə
  1. ↑ "Əkinçi", 1875 N – 3

Həmçinin bax

redaktə
  • Qafqaz canişinliyi

Xarici keçidlər

redaktə
Hərbi xadim haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qriqori_Rozen&oldid=7107315"
LOVE.AZ