. Love.az

Qulamhuseyn Sedri Avsar - Wikipedia - Love.az

Ana Səhifə - Qulamhuseyn Sedri Avsar

Qulamhüseyn Sədri-Avşar (1934, Urmiya) — İran tarixçisi.

Qulamhüseyn Sədri-Avşar
Doğum tarixi 1934
Doğum yeri
  • Urmiya, Urmiya şəhristanı, Qərbi Azərbaycan ostanı, İran
Fəaliyyəti şair, tərcüməçi, yazıçı, leksikoqraf

Mündəricat

  • 1 Həyatı
  • 2 Əsərləri
  • 3 Mənbə
  • 4 Həmçinin bax

Həyatı

redaktə

Qulamhüseyn Sədri-Avşar 1935-ci ildə Urmiya şəhərində dünyaya gəlib. Tanınmış tarixçidir.

Qulamhüseyn Sədri-Avşar tərcüməçi kimi də şöhrət tapmışdı. Ərəb, fars, ingilis və türk dillərini mükəmməl bilirdi.

Qulamhüseyn Sədri-Avşar Tehranda Milli Cəbhə hərakatına qoşulmuşdu. Burda çətinliklərlə üzləşib Urmiyaya döndü. Qiraətxana açıb, kitabdarlıqla məşğul olmağa başladı. Biliyinin çoxluğu, elminin genişliyi Urmiyaya sığmadı. Yenidən Tehrana qayıtdı.

Əsərləri

redaktə

"Tarixi dər Iran", Həmin əsər hicri şəmsi 1345-ci ildə (1966-cı ildə) Tehranda çap olunub. "Iran tariçilərinin və coğrafiyaçılarının həyatı". Həmin əsər hicri şəmsi 1345-ci ildə (1966-cı ildə) Tehranda, "Ibni Sina" nəşriyyatında çap olunub. "Fars dili bu gün", "İranın müasir mədəniyyəti". Tərtib etdiyi əsərlər: Ə. Dünbilinin "Məasiri Sultaniyyə". Həmin əsər hicri şəmsi 1351-ci ildə (1972-ci ildə) Tehranda, "Ibni Sina" nəşriyyatında çap olunub. Məhəmməd Təməddünün "Tarixi Rizaiyyə və Birinci Savşda İranın vəziyyəti". Tərcümələri: Corc Sartonun 2 cildlik "Elm tarixinə müqəddəmə", Artur Popun "Iran memarlığı", Devid Smit Yucinin "Riyaziyyat tarixi", Denis Rayt "Ingilislər Qacar zamanı İranda", Eduard Braunun "Iran ədəbiyyatı".

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, "Şuşa", 2008, səh. 139–140

Həmçinin bax

redaktə
  • Şeyx Məsiha Urməvi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qulamhüseyn_Sədri-Avşar&oldid=8005766"
LOVE.AZ