Qumuqların siyahısı — qumuqların hal-hazırda kompakt yaşadığı dövlətlərin, həmçinin digər dövlətlərin ərazisində tarixin müxtəlif dövrlərində yaşamış seçilən üzvlərinin siyahısı.
Murad Qaplanov — radio kommunikasiya mühəndisi, Sergey Korolevin dizayn mərkəzində inkişaf etdirilmiş Molniya kommunikasiya peyk sistemlərinin baş konstruktoru.
Heydər Bammat - siyasətçi, rəsmi olaraq 11 may 1918-ci ildə elan edilmiş Şimali Qafqaz Dağlılar Respublikasının ideoloqlarından biri və xarici işlər naziri. O, həmçinin "Visages de l'Islam"-ın müəllifi və Əfqanıstanın İsveçrədəki səfiri olmuşdur.
Murad əd-Dağıstani - İraqda fotoqrafiyanın yaradıcıs. O, insanların gündəlik həyatı və yaşayışı mövzulu çəkdiyi fotolarının yüksək keyfiyyətinə görə məşhurlaşmışdır.
Marid Mütəllimov - 2008-ci ildə keçirilmiş Yay Olimpiadasının 120 kq üzrə bürünc mükafatçısı.
Bəxtiyar Əhmədov - 2008-ci il Yay Olimpiadasının 120 kq üzrə qalibi.
Nəriman İsrafilov - 2009-cu il Vilnüsda keçirilən Avropa çempionatının 55 kq üzrə qalibi. O, həmçinin 2013-cü ildə Budapeştdə dünya çempionatının bürünc mükafatçısı olmuşdur.
İlyas Bəybulatov - 2017-ci ildə Novi Sadda keçirilən güləş çempionatında 65 kq üzrə dünya çempionu.
Zaur Uquyev - 2018-ci ildə Budapeştdə və 2019-cu ildə Nur-Sultan şəhərlərində keçirilən dünya çempionatlarının 57 kq üzrə qalibi.
Bozigid Atayev - vuşu sanda üzrə dəfələrlə dünya çempionu olmuşdur.
Muslim Salixov - vuşu sanda üzrə dəfələrlə dünya çempionu olmuşdur, "kinf-fu kralı" ləqəbi ilə tanınır. Bir çoxlarına görə, vuşu sanda tarixinin ən yaxşılarından biridir.