. Love.az

Roza Eldarova - Wikipedia - Love.az

Ana Səhifə - Roza Eldarova

Roza Əbdülbəşirovna Eldarova (rus. Роза Абдулбасировна Эльдарова; 21 dekabr 1923, Buynaksk rayonu, Dağıstan MSSR – 4 iyul 2021, Mahaçqala) — qumuq əsilli sovet və rus jurnalisti, yazıçısı və siyasətçisi.[1]

Roza Eldarova
Şəxsi məlumatlar
Doğum tarixi 21 dekabr 1923(1923-12-21)
Doğum yeri
  • Buynaksk rayonu, Dağıstan MSSR, RSFSR, SSRİ
Vəfat tarixi 4 iyul 2021(2021-07-04) (97 yaşında)
Vəfat yeri
  • Mahaçqala, Dağıstan, Rusiya
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası
Təhsili
  • Sov.İKP MK yanında Ali Partiya Məktəbi[d]
Fəaliyyəti jurnalist, siyasətçi, yazıçı
Dini İslam
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • tarix üzrə fəlsəfə doktoru

Təltifləri "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 Əsərləri
  • 4 Mükafatları
  • 5 Həmçinin bax
  • 6 İstinadlar
  • 7 Xarici keçidlər

Həyatı

redaktə

Roza Eldarova 1923-cü ilin 21 dekabrında Dağıstanda anadan olmuşdur.

Fəaliyyəti

redaktə

Roza Eldarova Dağıstanda rəsmi yüksək vəzifədə çalışan ilk qadındır. O, 1962-ci ilin martında Dağıstan Muxtar Sovet Sosialist Respublikasının Ali Sovetinin Prezidiumunun katibi seçilmişdir.

Bununla eyni zamanda, o, DMSSR-nın deputatı kimi RSFSR-in Ali Sovetinə də üzv seçildi. O, 1962-ci ilin aprel ayında RSFSR-in Ali Sovetinin Prezidiumunun üzvü seçildi.

Eldarova 1989-cu ildə aktiv siyasətdən ayrılsa da, yazıçı fəaliyətini davam etdirmişdir. O, 2008-ci ildə xatirələrini nəşr etdirmişdir.

Əsərləri

redaktə
  • "Dağlar ölkəsinin qadınları" (1960)
  • "Dağların ev sahibəsi" (1961).
  • "Marksizm-Leninizmin yaradıcı inkişafı" (1961)
  • "Dağıstanlı qadın — kommunizmin aktiv qurucuları", Bakı, 1963, Azərbaycan Dövlət Universiteti
  • "Dağ qadınlar: Dağıstan qadınları arasında siyasi fəaliyətlər " (1963)
  • "Mübarizə və zəfərlərin görkəmli yolu"(1965)
  • "Fərqli ulduzları olan insanlar" (1998)
  • "Məqalələr, müsahibələr, xatirələr, nitqlər" (2004)
  • "Kitab oxumaq, səhifələri çevirmək" (2007)
  • "Həyat davam edir" (2008)

Mükafatları

redaktə
  • "Lenin" ordeni
  • "Oktyabr inqilabı" ordeni
  • "Qırmızı əmək bayrağı" ordeni (iki dəfə)
  • "Xalqlar Dostluğu" ordeni
  • "Əmək igidliyinə görə" medalı

Həmçinin bax

redaktə
  • Dağıstan Muxtar Sovet Sosialist Respublikası
  • Qumuqların siyahısı

İstinadlar

redaktə
  1. ↑ Gamzatova, Venera (2008). "V svet vyshla kniga izvestnogo dagestanskogo obshchestvenno-politicheskogo deyatelya Rozy Eldarovoy". Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine RIA Dagestan. Retrieved 10 January 2012.

Xarici keçidlər

redaktə
  • Keçmiş Sovet İttifaqında qadın liderlər
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Roza_Eldarova&oldid=6908663"
LOVE.AZ