Qoqolpleks — 1010100 ədədinə verilən ad. 10quqol kimi də ifadə olunur. Bu ədəd tam şəkildə 1010 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 kimi də yazıla bilər.
Quqol və quqolpleks ədədləri 1920-ci ildə Edvard Kesnerin 9 yaşlı qohumu Milton Sirotta tərəfindən ortaya atılmışdır.[1]
Adi bir kitab 106 sıfırla nəşr oluna bilər (400 səhifəlik kitab, 50 sətir və hər sətirdə 50 sıfır). Bu halda quqolpleksi yazmaq üçün 1094 ədəd belə kitab lazımdır.[2] Hər kitabın çəkisi 100 qram olarsa, bütün kitabların çəkisi 1093 kiloqram olacaq. Bu isə Yerin çəkisindən də çoxdur.[3] Karl Saqan belə bir ədədi onluqda yazılmasının mümkünsüz olduğunu bildirmişdir.[4][5]