Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Məsimov Qurban Abdulla oğlu (26 yanvar 1971, Şəki) — Azərbaycan aktyoru, rejissoru və rəssamı, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru (2013-cü ildən).27 dekabr 2016-cı il Fəxri Mədəniyyət İşçisi."Humay" mükafatı laureatı-2019 Azərbaycan Respublikasının əməkdar artisti (24.05.2019).[1]
Qurban Məsimov | |
---|---|
Məsimov Qurban Abdulla oğlu | |
Doğum adı | Qurban Abdulla oğlu Məsimov |
Doğum tarixi | 26 yanvar 1971(1971-01-26) (54 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | rejissor,aktyor |
Təhsili | Mədəniyyət və İncəsənət Universiteti, Bakı Musiqi Akademiyası |
Mükafatları | |
IMDb | ID3108239 |
Qurban Məsimov 26 yanvar, 1971-ci ildə anadan olmuşdur. 1988–1993-cü illərdə Ə. Hüseynzadə adına Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində, 1995–2001-ci illərdə isə Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsil almışdır. 1998-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində Robert Sturuanın beynəlxalq sənətkarlıq kursunu bitirmişdir. 2000-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada "Yay Akademiyası" proqramı çərçivəsində "Fildenkrayz Metodu" seminarında iştirak etmişdir.
1994-cü ildən Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi "Dəli Yığıncağı" Pantomim teatr-studiyasında fəaliyyət göstərmişdir. 2000-ci ildə teatr dövlət statusu almış və adı Dövlət Pantomim Teatrı olmuşdur. 2000–2001-ci illərdə ABA TV-də yayımlanan Nəm-Nəm verilişinin aparıcısı və rejissoru olmuşdur. 2003-cü ildə eynitipli verilişi başqa kanalda Lider Televiziyasında Mətbəxdə Şou-Nəm-Nəm aparıcı və quruluşçu rejissor.. Azərbaycan Televiziyasında Nəm-nəm tipləməsiylə "Gülməşəkər" verilişinin aparıcısı və quruluşçu rejissoru olub. Həmçinin klounada janrında da yaradıcılıq təcrübələri vardır. Səhnə təxəllüsü Kloun Appadır. (2013)Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, (2013-2024) Abdulla Şaiq adina Dövlət Kukla Teatrında baş rejissor vəzifəsində çalışıb...(2014)UNİMA -Beynəlxalq Kukla Teatrları Assosiasiyasının üzvü.2018-ci ildən Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyorluğu kafedrasının müəllimi.2022-ci ildən baş müəllim.
Azərbaycan Respublikanın xalq artisti Böyükxanım Əliyeva və Azərbaycan Respublikasının əməkdar artisti Təvəkkül Əliyevin kürəkənidir.
30 aprel 2014-cü ildə,[2] 6 may 2015-ci ildə[3], 6 may 2016-cı ildə[4], 1 may 2017-ci ildə[5], 9 may 2018-ci ildə[6], 10 may 2019-cu ildə[7], 7 may 2020-ci ildə[8], 7 may 2021-ci ildə[9], 10 may 2022-ci ildə[10] və 6 may 2023-cü ildə[11] Prezident Mükafatına layiq görülmüşdür.
"Nazlı və dostları" (16-seriya, "İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi çərçivəsində hazırlanmışdır.) "Nağıl bağı" (35-səsli nağıl,"Nağıl bağı" verilişi "İcma əsaslı məktəbəqədər təhsil" layihəsi çərçivəsində hazırlanan uşaqlar üçün nağıllar seriyasıdır.)
"Qaraltı" - Reza Dalvand (“3 alma” audio-kitab)
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
Aktyor və ya aktrisa haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
https://www.youtube.com/playlist?list=PLoH7o3E3PiGi1u4W7MUHxa95tCvnSNykH https://www.youtube.com/playlist?list=PLoH7o3E3PiGgWRCECcyG2sk-TCHncvBQX https://www.youtube.com/watch?v=KUgmsfOFmzE https://www.youtube.com/watch?v=j5xhC_HAUFQ https://www.youtube.com/watch?v=kkVP_I6Idtk https://www.youtube.com/watch?v=zD1sAiA6OgU https://www.youtube.com/watch?v=vF3LEg79YnI https://www.youtube.com/watch?v=bUrPY9g7pYc https://www.youtube.com/watch?v=EydUPF1y-i4 https://www.youtube.com/watch?v=F3ePu8DurJ8 https://www.youtube.com/watch?v=WkXQhN8PNaA https://www.youtube.com/watch?v=Ju3aLIi25oA https://www.youtube.com/watch?v=u4SF_Aq5beI https://www.youtube.com/watch?v=m-255GbjaOE https://www.youtube.com/watch?v=Ci_uGID50Jc https://www.youtube.com/watch?v=shX1Wigd3Mk https://www.youtube.com/watch?v=Cgw5kEfB6GI https://www.youtube.com/watch?v=fVK6A_FXwRA