Qurban Cəlal oğlu Yetirmişli (4 sentyabr 1952, Marneuli) – AMEA-nın müxbir üzvü, professor, geologiya-mineralogiya elmləri doktoru, Əməkdar elm xadimi
Qurban Yetirmişli | |
---|---|
Qurban Cəlal oğlu Yetirmişli | |
![]() | |
Doğum tarixi | 4 sentyabr 1952(1952-09-04) (72 yaş) |
Doğum yeri | |
Milliyyəti |
![]() |
Elm sahələri | Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları |
Elmi dərəcəsi | Geologiya-mineralogiya elmləri doktoru (g.-m.e.d.) |
Elmi adları | AMEA-nın müxbir üzvü, professor |
İş yeri | AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Tanınmış yetirməsi | 2 fəlsəfə doktoru |
Üzvlüyü | |
Mükafatları | |
Baş direktor | |
![]() |
Qurban Yetirmişli 4 sentyabr 1952-ci ildə Gürcüstan Respublikası, Marneuli rayonunda anadan olmuşdur.
1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Geologiya fakültəsini bitirmişdir.
1980–2008-ci illərdə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktor müavini, 2008-ci ildən isə RSXM-nin baş direktorudur.
Geologiya-mineralogiya elmlər doktoru, professordur. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
2000-ci ildə "Aşağı Kür çökəkliyində seysmo-geodinamik şərait və kəsilişlərdə neft və qaz yataqlarının paylanması" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
2010-cu ildə "Cənubi Xəzər çökəkliyinin seysmikliyi (Azərbaycan sektoru)" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, geologiya-mineralogiya elmlər doktoru elmi dərəcəsini almışdır.
2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar elm xadimi" (№1509) fəxri adına layiq görülmüşdür.
2018-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adını almışdır.
Q.C.Yetirmişli geodinamik, seysmoaktiv şəraiti mürəkkəb olan zonalarda, dərin qatlarda neft - qazlılığın qiymətləndirilməsi və perspektivliyi haqqında (Aşağı Kür çökəkliyi) bir-sıra elmi-nəzəri işlər aparmış, 221 (115-i xarici nüfuzlu elmi jurnallarda) elmi məqalənin, 5 monoqrafiyanın müəllifidir. Dünyanın bir sıra nüfuzlu elmi jurnallarında məqalələri dərc olunub.
Xaricdə çapdan çıxmış elmi əsərlərin sayı 115, ümumi çapdan çıxmış elmi əsərlərin sayı 246.
AMEA nəzdində RSXM-nin elmi nəşri olan "Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri" elmi jurnalın Baş redaktorudur.
Azərbaycan Seysmoloqlar Assosiasiyasının prezidentidir.
Vikianbarda Qurban Yetirmişli ilə əlaqəli mediafayllar var. |