Qurdbayram — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Qarabucaq qəsəbə inzibati ərazi dairəsində kənd.[1] 1 sentyabr 2004-cü il tarixli 727-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Kürdəmir rayonunun Qurdbayram kəndi Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qarabucaq qəsəbəsi mərkəz olmaqla, Qarabucaq qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır.[2]
Qurdbayram | |
---|---|
40°30′58″ şm. e. 48°05′27″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Xəritəni göstər/gizlə
|
Kəndin adı Qurd ləqəbli Bayram adlı şəxsin adı ilə əlaqədardır.[3]
Kənd Şirvan düzündə yerləşir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 140 nəfər əhali yaşayır.[4]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kürdəmir rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |