. Love.az

Qurddag - Wikipedia - Love.az

Ana Səhifə - Qurddag

Qurddağ — Azərbaycanın Babək rayonu ərazisində dağ. Naxçıvan çökəkliyinin şimal-şərq hissəsində yerləşir (hünd. 1319,0 m). Naxçıvan çökəkliyinin şimal-şərq kənarı boyu uzanan Qaracalar-Qızılboğaz tirəsinin suayırıcısında zirvə. Tirəni eninə kəsən Sirabçayla Qahabçayın arasında, Sirab kəndindən 3 km şərqdədir. Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarını yarıb çıxan Alt Miosen yaşlı andezit-dasit və kvarslı andezit tərkibli ekstruziv günbəzdir. Cənub-qərb yamaclarında iki daha kiçik eynitərkibli maqmatik kütlə açılır, həmçinin şimal-qərb istiqamətli fay-yerdəyişmə qırılma  pozulmaları izlənilir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq kənarında müşahidə edilən Sirab sinklinalını şimal-şərqdən hüdudlandıran Naxçıvan dərinlik fay qırılmasının yatan qanadında yerləşir.[1]

Qurddağ
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1319 m
Yerləşməsi
40°54′21″ şm. e. 47°16′43″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Vilayət
  • Babək
Qurddağ xəritədə
Qurddağ
Qurddağ

Həmçinin bax:

redaktə
  • Böyükdüz dağı
  • Cuğağıl dağı
  • Abdal (dağ)

İstinadlar

redaktə
  1. ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qurddağ&oldid=7068977"
LOVE.AZ