Qurtubi (ərəb. القرطبي) və ya Əbu Abdillah Məhəmməd ibn Əhməd ibn Əbi Bəkr ibn Fəhr əl-Qurtubi (1214 – 29 aprel 1273[1], Əl-Minya[2]) — Görkəmli müfəssir, mühəddis və fəqih. Maliki məzhəbinə mənsub olan Qurtubi, "əl-Cəmi li-əhkamil-Quran" adlı əsəri ilə tanınır.
Qurtubi | |
---|---|
ərəb. القرطبي | |
Doğum tarixi | XII əsrin sonları yaxud XIII əsrin əvvəlləri |
Doğum yeri | Kordova |
Vəfat tarixi | |
Vəfat yeri | Minyətü Bəni Həsib, Misir |
Elm sahələri | təfsir, hədis, fiqh |
Qurtubi indiki Kordovada dünyaya gəlmişdir. Doğum tarixinin XII əsrin sonları yaxud XIII əsrin əvvəlləri olduğu güman edilir.[3][4] Qurtubinin atası Əhməd əkinçiliklə məşğul olurdu. Xristian ispanların 16 iyul 1230-cu ildəkı hücumu nəticəsində Əhməd həlak olur. Bundan sonra ailənin yükü Qurtubinin çiyinləri üzərinə düşür. Ailəsini dolandırmaq üçün Qurtubi, duluçular üçün torpaq daşımağa başlayır. İlk təhsilini də Kordovada alan Qurtubi, burada İbn Əbu Huccə kimi tanınan Əbu Cəfər Əhməd ibn Məhəmməd əl-Qeysi, Rəbi ibn Əbdürrəhman ibn Əhməd əl-Əşəri, Əbül-Həsən Əli ibn Qutral əl-Ənsari kimi alimlərə tələbəlik edir. Kordova 1236-cı ildə Kastilya-Leon kralı III Fernando tərəfindən işğal edildikdən sonra Qurtubi İskəndəriyyəyə köçür. O burada Əhməd ibn Ömər əl-Qurtubidən "əl-Müfhim fi şərhi Səhihi Müslim" adlı əsərinin bir qismini dinləyir. Bundan başqa Əbu Məhəmməd Əbdülvəhhab ibn Rəvac, Əbu Məhəmməd Əbdülmuti əl-Ləhmidən bəhrələnir. Şəhabəddin əl-Qarafi ilə Fəyyuma səfər edir. 1249-cu ildə Mənsurəyə gedərək, burada Əbu Əli Həsən ibn Məhəmməd əl-Bəkridən dərslər alır. Qahirədə bir müddət qalan Qurtubi, Səid adlanan ərazidəki Minyətü Bəni Həsib məntəqəsində məskunlaşır və ömrünün sonuna kimi burada yaşayır. 29 aprel 1273-cü ildə Minyətü Bəni Həsibdə vəfat edir və orada da dəfn olunur. Qəbri sonradan adına inşa olunmuş məscid-türbəyə (1971) nəql edilmişdir.[5]
Elmindən bəhrələnmiş şəxslərdən aşağıdakıların adlarını çəkmək olar:
Təfsir, hədis, qiraət və fiqh kimi sahələrdə çox mükəmməl təhsil aldığını əsərləri ilə nümayiş etdirən Qurtubini Zəhəbi "elm dəryası" adlandırmışdır. Qurtubi əsərlərində Əhlis-Sünnəni müdafiə etmiş, İmamiyyə, Rafiziyyə, Kərrəmiyyə kimi məzhəbləri və xüsusilə Mötəziləni tənqid etmişdir.[6][7] Maliki olmasına baxmayaraq, məzhəb təəssübkeşliyinə qarşı çıxmış, təqlidi metod olaraq qəbul etmədiyini bildirmişdir. O, Quran və Sünnə ilə gedən sufilərə qarşı çıxmasa da, fikirləri cəhalət və mövhumata əsaslanan sufilərə qarşı mənfi münasibətini açıq şəkildə dilə gətirmişdir. Həmçinin o, tərəddüd etmədən dövlət adamlarını tənqid etmiş, dövrünün dövlət məmurlarının rüşvət aldığını bəyan edərək, onların qanunsuz hərəkətlər etdiklərini, mənfəət müqabilində hökm verdiklərini və Allahın dinini dəyişdirdiklərini bəyan etmişdir.[8] Onun qələmə aldığı əsərlər bunlardır: