Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Quyfan (çin. 鬼方 "Demon Ərazisi"[1]) Şan sülaləsinə (e.ə. 1600–1046) qarşı vuruşan quzey xalqının qədim etnonimi idi. Çin tarixi ənənəsinə görə quyfan, jun, di,[2] hunyü, hiyenyün və hun adları eyni xalqın adlarıdır.[3][4]
Çin annallarında quyfanlarla bağlı bir sıra istinadlar var. Onlardan bəhs edən ilk qaynaqlar "Fal yazılarıdır".[5][6][7]
Vey kralı Sian (e.ə. 296-cı ildə vəfat edib) ilə dəfn edilmiş və təxminən altı əsr sonra eramızın 281-ci ilində (Çzin sülaləsi) Çzijon kəşfində yenidən kəşf edilmiş "Bambuk annallarda" deyilir:
"Fal yazıları" göstərir ki, Vu Dinin fəthindən sonra quyfanlar Şan dövlətinin təbəəsi oldu.[5]
Tunc üzərindəki yazılara və yazıların quruluşuna əsaslanan fonetik araşdırmalar və müqayisələr sonucunda çinli tarixçi Van Quovey belə qənaətə gəlib ki, annalistik qaynaqlarda quyfan, hunyü, hiyenyü, hiyenyün, jun, di[a] və hu tayfa adları sonradan hunnu adı ilə tarixə düşən bir və eyni xalqın adlarıdır.[15][16][17]
Yan dağları bölgəsindən olan txufanlar haqqında "Fal yazılarında" müntəzəm olaraq bəhs edilir.[18]