Rəşad Rafiq oğlu Mehdiyev (1 noyabr 1968, Bakı) – Azərbaycan Respublikasının əməkdar rəssamı (2015),[1] Rusiya İmperator Rəssamlıq Akademiyasının fəxri akademiki (2012),[2] sənətşünaslıq üzrə fəlsəfə doktoru (2008),[3] Azərbaycan Rəssamlar İttifaqının üzvü (1997).[4]
Rəşad Mehdiyev | |
---|---|
Rəşad Rafiq oğlu Mehdiyev | |
Doğum tarixi | (56 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
![]() ![]() |
Fəaliyyəti | rəssam |
Təhsili |
Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutu Memar Sinan İncəsənət Universiteti |
Mükafatları |
![]() |
Rəşad Mehdiyev 1 noyabr 1968-ci ildə rəssam ailəsində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirmişdir.[5] Təhsilini tamamladıqdan sonra bir müddət Moskvada yaşamış, sonralar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunundan məzun olmuşdur. 1991-ci ildə Memar Sinan İncəsənət Universitetində təhsilini davam etdirmişdir.[5]
2008-ci ildən sənətşünaslıq üzrə fəlsəfə doktoru, 2013-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosentidir.
Xalq rəssamı Rafiq Mehdiyevin oğludur.[6]
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Əməkdar rəssamı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Rusiyanın İmperator Rəssamlıq Akademiyasının fəxri akademiki Rəşad Mehdiyev deyib.
Bu mötəbər tədbirdə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, istedadlı rəssam Rəşad Mehdiyev təmsil edəcəkdir.