. Love.az

Resad Mirabov - Wikipedia - Love.az

Ana Səhifə - Resad Mirabov

Mirabov Rəşad Akif oğlu (3 may 1975, Mingəçevir – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı, Mart hadisələri şəhidi.

Rəşad Mirabov
Rəşad Akif oğlu Mirabov
Şəxsi məlumatlar
Doğum tarixi 3 may 1975(1975-05-03)
Doğum yeri
  • Mingəçevir, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 17 mart 1995(1995-03-17) (19 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vəfat səbəbi döyüşdə ölüm
Dəfn yeri Mingəçevir Şəhidlər Xiyabanı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Quru qoşunları
Xidmət illəri 1993–1995
Rütbəsi
Əsgər
Döyüşlər Birinci Qarabağ müharibəsi
Mart hadisələri
Təltifləri "Qızıl ulduz" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Milli Qəhrəman
  • 3 Ədəbiyyat
  • 4 İstinadlar

Həyatı

redaktə

Rəşad Mirabov 3 may 1975-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1981-ci ildə 7 saylı orta məktəbə daxil olmuş, həmin məktəbin 9-cu sinfini bitirdikdən sonra Mingəçevir şəhər axşam məktəbində orta təhsilini davam etdirməklə dərzilik sənətinə yiyələnmişdir. Ordu sıralarına çağırılana qədər Mingəçevir Dövlət Dram Teatrında dərzi işləmişdir. 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Tərtər cəbhəsində xidmət etmişdir. Bir müddət Tərtərdə Ermənistan işğalçılarına qarşı döyüşmüş, sonra Füzuli cəbhəsinə göndərilmişdir. Sonrakı illərdə əvvəlki hərbi hissəsində xidmətini davam etdirmişdir.

1995-ci il Mart hadisələri zamanı həlak olmuşdur.

Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Subay idi.

Mingəçevir şəhər 7 saylı orta məktəbin qarşısında və Şəhidlər muzeyində büstü qoyulub.

Milli Qəhrəman

redaktə

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Mirabov Rəşad Akif oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Ədəbiyyat

redaktə
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 208.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rəşad_Mirabov&oldid=7911530"
LOVE.AZ