. Love.az

Refael Esedov Milli Qehreman - Wikipedia - Love.az

Ana Səhifə - Refael Esedov Milli Qehreman
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Rafael Əsədov.

Rafael Əvəz oğlu Əsədov (27 oktyabr 1952, Kirovabad, Gəncə vilayəti – 12 noyabr 1992, Ağstafa) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Rafael Əsədov
Rafael Əvəz oğlu Əsədov
Şəxsi məlumatlar
Doğum tarixi 27 oktyabr 1952(1952-10-27)
Doğum yeri
  • Kirovabad, Gəncə vilayəti, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 12 noyabr 1992(1992-11-12) (40 yaşında)
Vəfat yeri
  • Ağstafa, Ağstafa rayonu, Azərbaycan
Dəfn yeri
  • Şəhidlər Xiyabanı
Vətəndaşlığı
  •  SSRİ
  •  Azərbaycan
Atası Əvəz Əsədov
Təhsili
  • Tbilisi Ali Artilieriya Məktəbi[d],
  • Mixaylov Hərbi Artilleriya Akademiyası[d]
Hərbi fəaliyyəti
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Erkən illəri
    • 1.2 Birinci Qarabağ müharibəsi və döyüşlərdə iştirakı
    • 1.3 Ölümü
    • 1.4 Şəxsi həyatı
  • 2 Təltif və mükafatları
  • 3 İstinadlar
  • 4 Ədəbiyyat

Həyatı

redaktə

Erkən illəri

redaktə

Rafael Əvəz oğlu Əsədov 1952-ci il oktyabrın 27-də Gəncədə anadan olub.[1][2] 1969-cu ildə orta məktəbi bitirdikdən sonra Tbilisi Ali Artilieriya Məktəbinə daxil olmuşdur.[2] 1973-cü ildə hərbi məktəbi bitirərək, təhsilini Sankt-Peterburq Нәгbi Artilleriya Akademiyasında davam etdirmişdir.[2] Təhsilini başa vurduqdan sonra SSRİ Silahlı Qüvvələrinin tərkibində Macarıstan, Vyetnam və Əfqanıstanda qulluq etmişdir.[2]

Birinci Qarabağ müharibəsi və döyüşlərdə iştirakı

redaktə

1991-ci ildən Əsədov Ağdam, Goranboy, Tovuz və Gədəbəy bölgələrində hərbi əməliyyatların fəal iştirakçısı olmuşdur.[2]

Ölümü

redaktə

1992-ci il 12 noyabrda Ağstafa bölgəsində əməliyyata hazırlıq zamanı döyüş mövqelərinə nəzarət edərkən, yaxınlıqda partlayan mərmi qəlpələrindən həlak olmuşdur.[2] Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.[2]

Şəxsi həyatı

redaktə

Ailəli idi. İki övladı yadigar qalıb.[2]

Təltif və mükafatları

redaktə

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı Fərmanı ilə Əsədov Rafael Əvəz oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.[3]

İstinadlar

redaktə
  1. ↑ "Ağstafada Rafael Əsədov küçəsi yenidən qurularaq istifadəyə verildi". 2018-11-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-08.
  2. ↑ 1 2 3 4 5 6 7 8 "Rafael Əvəz oğlu Əsədov haqda". damm.az. damm.az. 23 November 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 January 2016.
  3. ↑ "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında". 2016-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-09.

Ədəbiyyat

redaktə
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 98.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rafael_Əsədov_(hərbçi)&oldid=8098645"
LOVE.AZ