Rəhim Rəisniya (fars. رحیم رئیسنیا; 1941, Təbriz, Cənubi Azərbaycan, Pəhləvilər İranı[d]) — İran tarixçisi və yazıçı. Əslən azərbaycanlıdır.[1] Bakı Dövlət Universitetinin fəxri doktoru seçilmişdir.[mənbə göstərilməlidir]
Rəhim Rəisniya | |
---|---|
fars. رحیم رئیسنیا | |
Doğum tarixi | 1941 |
Doğum yeri |
|
Təhsili |
1941-ci ildə Təbrizdə anadan olmuşdur. İbtidai və orta təhsilini burada almışdır. Pedaqoji təhsil almışdır. Cənubi Azərbaycan kəndlərinə müəllim olaraq göndərilmiş, eyni zamanda Təbriz Universitetində coğrafiya və tarix öyrənmişdir. Daha sonra həmin universitetdə tarix üzrə doktoranturaya daxil olub.[2]
Bu vaxt bir çox məqalələri, tərcümələri "Adinə Təbriz" (fars. آدینه تبریز), "Mehd azadi" (fars. مهد آزادی) kimi jurnallarda çap edilir. "Varlıq", "Azəri" kimi ədəbi-elmi jurnallarının yazarıdır. Bir müddət Məhəmmədəli Tərbiyətın qurduğu Təbrizdəki Danişara Kitabxanasının müdiri olmuşdur.[2]