Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Numerologiya (lat. numerus – rəqəm) — bir insanın xarakterini şərh etmək və ya gələcəyini təyin etmək üçün rəqəmlərdən istifadəyə əsaslanan psevdoelm.
Bütün qədim mədəniyyətlərdə "elm" və "magiya" bir-birindən ayrı tutulmayıb. Buna görə də riyaziyyat – numerologiyadan, astronomiya – astrologiyadan, tibb – xalq təbabətindən ayrılmayıb, birlikdə fəaliyyət göstərmişlər. Numerologiya qərb mədəniyyətlərində olduğu kimi, şərq mədəniyyətlərində də tətbiq edilir. Reformasiya, yeni sistemlərin tətbiqi, kapitalizm və s. "elm" və "magiya"nı bir-birindən ayırdı. Hazırda "numerologiya" sahəsinə mistik sahə kimi baxılır.
Qədim Avropanın məşhur filosoflarından Pifaqor numerologiya elminin banisi hesab olunur. Bu adı filosofa Delf orakulu vermişdir. Uşaqlıqda Pifaqor kahinlərin himayəsinə verilir. Pifaqor onların yanında – mənəviyyatı bol olan məkanda boya başa çatır, orada meditasiyanı öyrənir və ulduzları sevməyə başlayır. O, qeyri-adi ideyaları, fikirləri ilə hamını heyran edir.
Pifaqorun elmi 2 hissədən ibarət idi: Rəqəmlər haqqında elm və Miqdar nəzəriyyəsi. Birinci hissə özündə cəbr və musiqini, ikinci hissə isə həndəsə və astronomiyanı birləşdirirdi. O, rəqəmləri adi hesablama elementləri deyil, həyatın real ünsürləri kimi qəbul edirdi. Pifaqor deyirdi: "Rəqəmlər hər bir insanın yaradılış səbəbini, onun həyatda missiyasını, taleyini ifadə edir". Bu şifrələrin çözülməsi, aydınlaşdırılması üçün "Numerologiya" elmi yaradıldı.
Hər bir elmin açarı olduğu kimi, numerologiya elminin açarı Pifaqor kvadratıdır. Pifaqor kvadratı – psixomatrisin maketidir. Bu kvadrat hər hansı bir şəxsin doğum tarixinin üzərində hesablamalar aparmaqla onun xarakteri, sağlamlığı, taleyi, gündəlik proqnozları barədə məlumat əldə etmək üçün qurulur. Hesablamalar aşağıdakı ardıcıllıqla həyata keçirilir:
Nümunə: Doğum tarixi: 15.04.1972 (15 aprel 1972-ci il)
vurmaqla çıxılır:
Dördüncü şifrə müəyyənləşdikdən sonra hesablama sona çatır və Pifaqor kvadratı (Psixomatris) qurulur. Bu rəqəmlərin hamısı Pifaqor kvadratında yerləşdirilir.
Qeyd: Xanalara doğum tarixi və şifrələrin birlikdə rəqəmləri daxil edilir. Məsələn, birinci xanaya "1" rəqəmi 4 dəfə daxil edilir. Hər hansı bir rəqəm olmadıqda isə həmin rəqəmin yeri xanada boş olaraq qalır. Məsələn, "3" rəqəminə təsadüf edilmir. Ona görə də 3 xanasına rəqəm daxil edilmir. (Qeyd: 0 nəzərə alınmır)
Pifaqor kvadratı qurulduqdan sonra həmin kvadratın sətirləri, sütunları, diaqonalları və ayrı-ayrı xanalar üzrə təhlil aparılır. Təhlil müvafiq insanın doğum gününə uyğun olaraq onun xarakteri, sağlamlığı, həyatda tutduğu mövqeyi və s. müəyyənləşdirilir. Pifaqorun kvadratı nümunədə də göründüyü kimi 3 sətir, 3 sütun, 2 diaqonal və 9 xanadan ibarətdir. Hər bir sətir, sütun, diaqonal və xana müvafiq anlam daşıyır. Psixomatrisin hər bir kateqoriyası rəqəmlərinin sayına görə keyfiyyət dərəcələrinə malikdir. Həmin keyfiyyət dərəcələri aşağıdan yuxarıya doğru yüksələn xətlə inkişaf edir.
Psixomatrisin üfüqi cizgi üzrə 3 sətri var. Sətirlərin keyfiyyət dərəcələrini müəyyənləşdirmək üçün həmin sətrdəki müvafiq rəqəmlərin sayının cəmi götürülür.
Qeyd: Sətrdəki rəqəmlər riyazi deyil simvolik məna daşıyır. Yəni, hər bir simvol vahidə bərabərdir. Əgər birinci sətirdə "1" xanasında iki simvol, "4" xanasında bir simvol, "7" xanasında simvol yoxdursa, birinci sətrin keyfiyyət dərəcəsi: 2+1+0=3 (3) olaraq qiymətləndirilir.
Psixomatrisin birinci sətri "1", "4" və "7"-ci xanalardan ibarətdir.
Birinci sətir aşağıdakı kimi xarakterizə olunur:
Birinci sətrin keyfiyyət analizi: (Keyfiyyət dərəcəsini müəyyən etmək üçün birinci sətirdə olan rəqəmlərin sayının cəmi hesablanır.)
Qeyd: 15 aprel 1972-ci il doğum tarixinə malik şəxsin Psixomatrisinə nəzər salsaq, psixomatrisin birinci sətri 7 rəqəmdən ibarətdir. Bu isə həmin şəxsdə keyfiyyət dərəcəsinin həddindən artıq yüklənməsinə, qarşısına eyni anda müxtəlif məqsədlər qoyub, sonradan həmin məqsədləri idarə edə bilməməsinə işarədir.
Psixomatrisin II sətri "2", "5" və "8"-ci xanalardan ibarətdir. İkinci sətir aşağıdakı kimi xarakterizə olunur:
İkinci sətrin keyfiyyət analizi: (Keyfiyyət dərəcəsini müəyyən etmək üçün ikinci sətirdə olan rəqəmlərin sayının cəmi hesablanır.)
Qeyd: 15 aprel 1972-ci il doğum tarixinə malik şəxsin Psixomatrisinə nəzər salsaq, psixomatrisin 2. sətri 4 rəqəmdən ibarətdir. Deməli, bu insan ailə qurmaq istəyir və istəyir ki, bu proses uzanmasın. Və ailəsinin dağılmaması üçün əlindən gələni etməyə hazırdır.
Psixomatrisin III sətri "3", "6" və "9"-cu xanalardan ibarətdir. Üçüncü sətir aşağıdakı kimi xarakterizə olunur:
Üçüncü sətrin keyfiyyət analizi: (Keyfiyyət dərəcəsini müəyyən etmək üçün üçüncü sətirdə olan rəqəmlərin sayının cəmi hesablanır.)
Qeyd: 15 aprel 1972-ci il doğum tarixinə malik şəxsin Psixomatrisinə nəzər salsaq, psixomatrisin III sətri 3 rəqəmdən ibarətdir. Deməli, bu insan qeyri-stabil və vərdişləri olan insandır. Bir tərəfdən özündə müxtəlif bağlılıq və vərdişləri birləşdirsə də, digər tərəfdən çox asanlıqla heç bir səbəbi olmadan onlardan imtina edə bilər.
Psixomatrisin şaquli cizgi üzrə 3 sütunu vardır. Sütunların keyfiyyət dərəcələrini müəyyənləşdirmək üçün həmin sütundakı müvafiq rəqəmlərin sayının cəmi götürülür.
Qeyd: Sətrdəki rəqəmlər riyazi deyil simvolik məna daşıyır. Yəni, hər bir simvol vahidə bərabərdir. Əgər I sütunda "1" xanasında iki simvol, "2" xanasında bir simvol, "3" xanasında simvol yoxdursa, I sütunun keyfiyyət dərəcəsi:2+1+0=3 (3)olaraq qiymətləndirilir.
Psixomatrisin I sütunu "1", "2" və "3"-cü xanalardan ibarətdir. Üçüncü sütun aşağıdakı kimi xarakterizə olunur:
Birinci sütunun keyfiyyət analizi: (Keyfiyyət dərəcəsini müəyyən etmək üçün birinci sütunda olan rəqəmlərin sayının cəmi hesablanır.)
Qeyd: 15 aprel 1972-ci il doğum tarixinə malik şəxsin Psixomatrisinə nəzər salsaq, psixomatrisin I sütunu 7 rəqəmdən ibarətdir. Deməli, bu insanda özünüqiymətləndirmə yüklənmə vəziyyətindədir. Bu insan öz daxili gücünü unudub daha çətin işlərlə məşğul olur və bu səbəbdən də məqsədinə nail ola bilmir.
Psixomatrisin ikinci sütunu "4", "5" və "6"-cı xanalardan ibarətdir. Bu xanalar olduqca aktiv xanalardır və insandan çoxlu güc və zəhmət tələb edir (sağlam olmaq üçün pəhriz saxlamaq, fiziki iş görmək, uzunmüddətli planları reallaşdırmaq).
Psixomatrisin ikinci sütununun analizi:
Qeyd: 15 aprel 1972-ci il doğum tarixinə malik şəxsin Psixomatrisinə nəzər salsaq, psixomatrisin II sütunu 2 rəqəmdən ibarətdir. Deməli, bu insan başa düşür ki, ailənin maddi ehtiyacını qarşılamaq lazımdır. Və bunu göz önünə gətirərək özünə iş axtarmağa başlayır, yetər ki, stabil məvacibli olsun. Həmin stabil məvacibli işə görə öz xəyallarından belə əl çəkə bilər.
Psixomatrisin III sütunu "7", "8" və "9"-cu xanalardan ibarətdir. Üçüncü sütun hər bir insanın istedadının keyfiyyət dərəcəsini müəyyənləşdirməyə imkan verir. Üçüncü sütunda nə qədər çox rəqəm yerləşərsə (5 rəqəmə kimi, 5 rəqəmini aşarsa həmin keyfiyyətin
yüklənmə prosesi gedir), bir o qədər də həmin şəxsin istedadı güclü olar.
Üçüncü sütunun analizi:
Qeyd: 15 aprel 1972-ci il doğum tarixinə malik şəxsin Psixomatrisinə nəzər salsaq, psixomatrisin III sütunu 5 rəqəmdən ibarətdir. Deməli, bu insanda ən yüksək istedada malikdir.
Psixomatrisin diaqonalları qalxan və enən olmaqla iki yerə ayrılır. Psixomatrisin diaqonallarının keyfiyyət dərəcələrini müəyyənləşdirmək üçün həmin diaqonaldakı müvafiq rəqəmlərin sayının cəmi götürülür.
Qeyd: Sətrdəki rəqəmlər riyazi deyil simvolik məna daşıyır. Yəni, hər bir simvol vahidə bərabərdir. Əgər III xanada iki simvol, V xanada bir simvol, VII xanada simvol yoxdursa, bu diaqonalın keyfiyyət dərəcəsi:2+1+0=3 (3)olaraq qiymətləndirilir.
Psixomatrisin qalxan diaqonalı "3", "5" və "7"-ci xanalardan ibarətdir. Psixomatrisin qalxan diaqonalı aşağıdakı kimi xarakterizə olunur:
Psixomatrisin qalxan diaponalını analiz edək:
Qeyd: 15 aprel 1972-ci il doğum tarixinə malik şəxsin Psixomatrisinə nəzər salsaq, psixomatrisin qalxan diaqonalı 3 rəqəmdən ibarətdir. Deməli, bu insan normal temperamentə malikdir, hər gün cinsi əlaqədə ola bilər. Digər tərəfdən isə, əgər mümkün şərait yoxdursa, sabirlə gözləmək iradəsinə malikdir.
Psixomatrisin enən diaqonalı "1", "5" və "9"-cu xanalardan ibarətdir. Psixomatrisin enən diaqonalı aşağıdakı kimi xarakterizə olunur:
Psixomatrisin enən diaqonalını analiz edək:
Qeyd: 15 aprel 1972-ci il doğum tarixinə malik şəxsin Psixomatrisinə nəzər salsaq, psixomatrisin enən diaqonalı 8 rəqəmdən ibarətdir. Deməli, bu insanda mənəviyyat həddindən artıq artaraq fanatizmlə əvəz olunmuşdur.
Psixomatrisin xanalarının sayı doqquzdur. Bu xanalar "1", "2", "3", "4", "5", "6", "7", "8" və "9"-dur. Psixomatrisin hər bir xanası özünə məxsus məna daşıyır. Bu xanaların təhlili onların tərkibindəki rəqəmlərin sayı ilə müəyyən olunur. Psixomatrisin hər bir xanasının qısa mənası aşağıdakı kimidir:
Psixomatrisin birinci xanası aşağıdakıları xarakterizə edir.:
Psixomatrisin birinci xanasının analizini aparaq:
Psixomatrisdə iki rəqəmi insanın enerjisini müəyyən edir. Enerji dedikdə, başa düşmək lazımdır ki, enerji insanın ailədə, işdə və cəmiyyətdə hərəkətinə və fəaliyyətinə bilavasitə təsir göstərir. İnsanların xarakteri haqqında danışdıqda, bu insan enerjilidir ifadəsi işlədirik. Bu ifadə həmin insanın cəmiyyətdə aktiv hərəkəti zamanı işlədilir. İki rəqəmi həmçinin insanların energetik əlaqələrini xarakterizə edir. Əsrlər boyu insanlar mövsud energetikanın bədəndə artırılmasına çalışmışlar. Halbuki, insanlar qarşılıqlı münasibət zamanı həm enerjilərini itirə, həm də enerjilərini artıra bilər. Söhbət "Vampirizim" və "Donorluq"dan gedir. Onu yadda saxlamaq lazımdır ki, hər hansı bir söhbət zamanı tərəflərdən biri "vampir" digəri isə "donor" rolunu oynayır. Bu isə həmin şəxslərin psixomatrisində yerləşən ikilərin sayından asılıdır.
Psixomatrisin ikinci xanasının analizini aparaq:
Psixomatrisdə 3 rəqəmi elmlərə – ilk növdəbə texnikaya və dəqiq elmlərə marağı əks etdirir. Yadda saxlamaq lazımdır ki, psixomatrisdə 3 rəqəminin çoxluğu həmin insanın dəqiq elmlərə və texnikaya nə qədər maraq göstərdiyini, 3 rəqəminin azlığı isə həmin insanın humanitar elmlərə maraqlı olduğunu ifadə edir. İnsanın dəqiq elmlərdə yaxşı nəticə göstərməsi üçün onun psixomatrisində 3 rəqəmindən savayı, 2,5 və 9 rəqəmlərinin də olması şərtdir.
Psixomatrisin üçüncü xanasının analizini aparaq:
Psixomatrisdə 4 rəqəmi insanın sağlamlığı barədə məlumat verir. İnsanın doğum tarixi vasitəsilə onun sağlamlığının "zəif", "normal" və "güclü" olması barədə informasiya vermək mümkündürmü? Qədim Çində "Numerologiya Sistemi" mövcud idi. Bu sistem insanın daxili orqanlarının müvafiq rəqəmlərlə kombinasiyasını təşkil edirdi. Qədim Çində orqanlar "İn" və "Yan" olmaqla iki qrupa bölünürlər. Əgər hər hansı orqanın uyğun rəqəmi psixomatrisdə çoxluq təşkil edirsə, bu həmin orqanın sağlam olmasına işarədir. Psixomatrisdə hər hansı bir rəqəmin olmaması, ona uyğun orqanın zəif olduğundan xəbər verir. "İn" və "Yan" orqanlar aşağıdakı cədvəldə verilmişdir:
İn orqan | Uyğun rəqəm | Yan orqan | Uyğun rəqəm | Element |
Ürək | 7 | Nazik bağırsaq | 4 | Alov |
Dalaq | 5 | Mədə | 3 | Torpaq |
Ağ ciyər | 9 | Yoğun bağırsaq | 2 | Dəmir |
Böyrək | 6 | Sidik kisəsi | 1 | Su |
Qaraciyər | 8 | Öd kisəsi | 0 | Ağac |
Psixomatrisin dördüncü xanasının analizini aparaq:
Psixomatrisdə 5 rəqəmi insanın məntiq və intuisiyasını ifadə edir. Məntiq və intuisiya, gələcəkdəki planları qurmaq, situasiyaların analizini aparmaq, dəqiq elmlərdə təhlil aparmaq üçün insanın ehtiyacı olduğu ən vacib elementdir.
Psixomatrisin beşinci xanasının analizini aparaq:
Psixomatrisdə 6 rəqəmi numeroloji sistemdə ən çətin və ziddiyətli rəqəmdir. Rəqəmin xarakteriskasını verməzdən əvvəl, rəqəm barədə bəzi izahatlar verək: İlk növbədə 6 rəqəmi ilə bağlı müqəddəs "Bibliya"da da məlumat verilmişdir ki, "666" – canavar (yırtıcı, vəhşi heyvan) işarəsidir. Həmçinin bu işarə "şeytan" və ya "cadugər" işarəsidir. Ümumilikdə isə 6 rəqəmi fiziki əməyə meyllilik, zəhmətlə çalışmağı bildirir.
Psixomatrisin altıncı xanasının analizini aparaq:
Psixomatrisdə 7 rəqəmi uğura işarədir. Bəzən bu işarəni "mələk işarəsi" də adlandırırlar. Psixomatrisdə 7 rəqəminin sayı insanın uğur dərəcəsini göstərir.
Psixomatrisin yeddinci xanasının analizini aparaq:
Psixomatrisdə 8 rəqəmi insanın bir sıra keyfiyyətlərini söyləməyə imkan yaradır. Bu işarə yaxınlarına (ailə, valideynlər) olan borcluluq, dözümlülük, mərhəmət hisslərini xarakterizə edir. 8 rəqəminin niyə məhz bu keyfiyyətləri xarakterizə etdiyini Pifaqor belə izah edir: "Bu sualın cavabı olduqca asandır. Ən yaxın qohumların siyahısını qeyd edək: ata, ana, qardaş (və ya bacı), arvad, oğul, qız, qayınata, qayınana. Siyahıda 8 insan var və onlara qarşı sizin xüsusi borcluluq hissiniz var.Əsas yeri valideynlər tutur, çünki biz onları seçmirik, onlar bizə həyat veriblər və buna görə də biz həmişə valideynlərə qayğı ilə yanaşmalıyıq." 8 rəqəminin xarakterizə etdiyi digər keyfiyyət dözümlülük hissidir. Bu hər bir insanın mütləq sahib olacağı keyfiyyətlərdəndir. Hamıya qarşı səbirli və bütün vəziyyətlərdə dözümlü olmaq lazımdır.
Psixomatrisin səkkizinci xanasının analizini aparaq:
Psixomatrisdə "9" insanın yaddaş və gələcəyi görmə keyfiyyətinə işarədir. Həmin rəqəmin sayından asılı olaraq insanda bu xüsusiyyətlərin də keyfiyyət dərəcələri dəyişir.
Psixomatrisin doqquzuncu xanasının analizini aparaq: