. Love.az

Racendra Prasad - Wikipedia - Love.az

Ana Səhifə - Racendra Prasad

Racendra Prasad (3 dekabr 1884[1][2][…] – 28 fevral 1963[3][1][…], Patna[3]) — Hindistan siyasi və dövlət xadimi. Hindistanın I prezidenti.[4]

Racendra Prasad
hind. (dev.) डाक्टर राजेन्द्र प्रसाद
Racendra Prasad Hindistan müvəqqəti hökumətinin ərzaq və kənd təsərrüfatı naziri olarkən, 1947-ci il
Racendra Prasad Hindistan müvəqqəti hökumətinin ərzaq və kənd təsərrüfatı naziri olarkən, 1947-ci il
Hindistan Prezidenti
26 yanvar 1950 – 12 may 1962
Şəxsi məlumatlar
Doğum tarixi 3 dekabr 1884
Doğum yeri Britaniya Hindistanı
Benqal prezidentliyi, Bihar, Zeradeyi
Vəfat tarixi 28 fevral 1963 (78 yaşında)
Vəfat yeri Hindistan, Bihar, Patna
Partiya
  • Hindistan Milli Konqresi
Təhsili
  • Kəlkətə Universiteti
Fəaliyyəti vəkil, siyasətçi
Atası Mahadev Sahai
Anası Kamleşvari Devi
Həyat yoldaşı Racvanşi Devi (ö. 1962)
Dini hinduizm

Təltifləri Bharat Ratna (Hindistan) — 1962
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Kəlkətə Universitetində təhsil almışdır. 1911-1920-ci illərdə vəkil işləmişdir. 1911-ci ildə Hindistan Milli Konqresinə (HMK) daxil olmuş, milli azadlıq hərəkatında fəal iştirak etmişdir. 1934, 1939 və 1947-48-ci illərdə HMK-nin sədri idi. Dəfələrlə həbs cəzasına məhkum edilmişdir. 1946-1948-ci illərdə Hindistan müvəqqəti hökumətinin ərzaq və kənd təsərrüfatı naziri, 1946-1950-ci illərdə Hindistan Müəssislər Məclisinin sədri olmuşdur. 1952-1962-ci illərdə Hindistan respublikasının prezidenti idi.

Mənbə

redaktə
  • ASE, VIII cild, Bakı, 1984-cü il, səh. 7
  • Rajendra Prasad (president of India) -- Encyclopedia Britannica

İstinadlar

redaktə
  1. ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. ↑ Rajendra Prasad // Encyclopædia Britannica (ing.).
  3. ↑ 1 2 Прасад Раджендра // Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. ↑ The President of India Shri Pranab Mukherjee. Presidentofindia.nic.in. Retrieved on 12 December 2013.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Racendra_Prasad&oldid=6905541"
LOVE.AZ