Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Rafael Hüseyn oğlu Əsədov (19 iyul 1944, Masallı) — kino və televiziya rəssamı, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2001).
Rafael Əsədov | |
---|---|
Doğum tarixi | (80 yaş) |
Doğum yeri | Masallı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Fəaliyyəti | rəssam |
Mükafatları |
![]() ![]() |
19 iyul 1944-cü ildə Masallı şəhərində anadan olub
1961–1966-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb.
1969–1977-ci illərdə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsndə təhsil alıb.
1968-ci ildən AzTV-də əmək fəaliyyətinə başlamışdır. 40 ildən artıq müddətdə baş rəssam vəzifəsini daşımaqla Televiziyanın qızıl fondunda saxlanılan onlarla televiziya tamaşaları və filmlərinin quruluşçu rəssamı olmuşdur.
1997-ci ildə "Topal Teymur", "Ac həriflər", "Nigarançılıq"televiziya tamaşalarının bədii həllinə görə rejissor Ramiz Mirzəyev və operator Eldar Məmmədovla birlikdə "Humay" mükafatına layiq görülmüşdür.
2012–2015-ci illərdə "SPACE" telekanalında baş rəssam çalışıb.
2017-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri Sənət Kafedrasında müəllim vəzifəsində çalışır.
1989-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
2013-cü ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür.
2001-ci ildə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür.
1968-ci ildən başlayaraq "Yazıçı", "Gənclik", "Maaraf"və s. nəşriyyat orqanlarında , 2Pioner", "Ulduz" jurnallarında Azərbaycan və Dünya ədəbiyyatı nümunələrinə yüzlərlə illüstrasiyalar hazırlamışdır ki, bu illüstrasiyaiarın bir qismi Respublika Muzeylərinin eksponatıdır.
Rafael Əsədov Respublika rəssamları sərgilərinin daimi iştirakçısıdır.