. Love.az

Rafael Moneo - Wikipedia - Love.az

Ana Səhifə - Rafael Moneo

Rafael Moneo (9 may 1937, Tudela) - İspaniyalı memar.

Rafael Monoe
José Rafael Moneo Vallés
Şəxsi məlumatlar
Doğum tarixi 9 may 1937 (88 yaş)
Doğum yeri Tudela, İspaniya İspaniya
Vətəndaşlığı İspaniya İspaniya
Təhsili
  • Madrid Texniki Universiteti[d]
İşləri və nailiyyətləri
Əsas tikililəri Kursaal sarayı
Üzvlüyü
  • San-Fernando Kral Zərif Sənətlər Akademiyası[d],
  • Amerika İncəsənət və Elmlər Akademiyası,
  • Amerika İncəsənət və Ədəbiyyat Akademiyası[d]
Mükafatları
Pritsker mükafatı
Pritsker mükafatı
- (1996), RIBA Kral Qızıl Medalı - (2003)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 İşləri
  • 3 Həmçinin bax
  • 4 Mənbə
  • 5 İstinadlar

Həyatı

redaktə

Rafael Moneo 9 may 1937-ci ildə İspaniyanın Tudela şəhərində anadan olmuşdur. Madrid Texnik Universitetində memarlıq təhsili almağa başlayan Rafael 1961-ci ildə məzun oldu. Həmçinin universitetdə oxuduğu 1958-1961-ci illəri arasında Madriddə memar Xavier Saenzin ofisində işlədi. Dünyanın bir çox universitetində dərs vermiş memar 1985-1990-ci illərdə Harvard Universitetində dərs verib.

Məşhur yenidənqurma layihələri arasında Madriddə yerləşən Vilyahermoza sarayı (Tissen-Bornemisza muzeyi), Prado muzeyi, Roma İncəsənəti Milli Muzeyi, Atoka qatar stansiyası var. Digər işləri arasında Saraqosadakı Dyester fabriki, Malyorkadakı Xoan Mura Fondunun binası və Loqronodaki bələdiyyə binası da yer alır.[1]

 
Kursaal sarayı

Rafael Moneonun ABŞ-dəki işləri arasında Los-Ancelesdə Meryəm Ana Kafedralı, Massaçusetsdə yerləşən Uellesli Kollecinə aid Deyvis İncəsənət Muzeyi və Hyustondakı Gözəl Sənətlər Muzeyinin genişləmə layihəsinin bir parçası olan Edru Cons Bek binası və Rod İzlanddakı Rod İzland Dizayn Məktəbinə aid Çeys Mərkəzi daha məşhurdur.

1996-cı ildə Pritsker mükafatının qalibi olmuşdur. 12 noyabr 2003-cü ildə isə RIBA Kral Qızıl Medalını qazanmışdır.[2] Rafael Moneo 2010-cu ilin yanvarından Nyu-Yorkun Kolumbiya Universitetində dərs verməkdədir.

İşləri

redaktə
  •  
    Kursaal sarayı
  •  
    Məryəm Ana Kafedralı
  •  
    Maternit xəstəxanası
  •  
    Mursiya meydanı
  •  
    Atoka qatar stansiyası
  •  
    Siensiya muzeyi

Həmçinin bax

redaktə
  • Kursaal sarayı
  • Pritsker mükafatı

Mənbə

redaktə
  • Türk Vikipediyasında 23 yanvar 2010 tarixində yaradılmış "Rafael Moneo" məqaləsi

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2016-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.
  2. ↑ "Arxivlənmiş surət". 2022-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rafael_Moneo&oldid=7031043"
LOVE.AZ