Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Abdullayev Rafiq Turabxan oğlu (Rafiq Turabxanoğlu) — Azərbaycan Xalq Demokrat Partiyasının rəhbəri. Antisovet düşüncəsinə görə Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən 1967–1968-ci illərdə həbsdə saxlanmışdır. Azərbaycanın müstəqilliyi dövründə — 1992-ci ildə prezidentliyə namizəd olmuşdur.
Rafiq Turabxanoğlu | |
---|---|
Azərbaycan Xalq Demokratik Partiyasının sədri | |
1968 – 5 mart 2021 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Vəzifə ləğv edildi. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1946 |
Doğum yeri | |
Partiya |
|
Fəaliyyəti | siyasətçi |
Rafiq Turabxanoğlu 1946-cı ildə Qubadlı rayonunda anadan olub. 1965-ci ildə Neft Texnologiya Texnikumunu, 1975-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. 1966-cı ildə Ümum-Azərbaycan Zəhmətkeş Fəhlə Kəndli Partiyasını təsis edib. 1967-ci ildə antisovet düşüncəsinə görə həbs olunub. 1968-ci ildə azad ediləndən sonra bu partiyanı Azərbaycan Xalq Demokrat Partiyası adlandırıb və həmin vaxtdan təşkilatın rəhbəridir. 1992-ci ildə prezidentliyə namizəd olub. 1993-cü ildə Bakı şəhərində bütün türk xalqlarının nümayəndələrinin iştirakı ilə Turan Qurultayını keçirib. Ailəlidir, bir övladı var.