. Love.az

Rafiq Allahverdiyev - Wikipedia - Love.az

Ana Səhifə - Rafiq Allahverdiyev

Allahverdiyev Rafiq Allahverdi oğlu — Azərbaycan Respublikasının Qazax şəhərində anadan olmuşdur. 1961-ci ildə "Neft və qaz yataqlarının işləniməsi və istismarı" ixtisası üzrə AzNKİ-nun neft-mədən fakültəsini bitirmişdir. İnstitutu bitirdikdən sonra qazmaçı köməkçisi, operator, neft və qaz hasilatı ustası, böyük mühəndis, texniki şöbənin müdiri, "Leninneft" NQÇİ-nin baş mühəndisi işləmişdir. 1968-1972-ci illərdə AzETNÇİ-da aspirant olmuşdur. 1972-ci ildə "Mürəkkəbləşmələrin tədqiqi və fontan üsulu ilə hasilatın göstəricilərin yaxşılaşdırılması üzrə təkliflərin işlənilməsi (Qotur-Təpə yatağı timsalında)" mövzusunda namizədlik, 1992-ci ildə isə "Quyuların mürəkkəbləşmiş istismarı şəraitində neft hasilatının intensivləşdirilməsi" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1984-1987-ci illərdə AzETNÇİ-da quyuların yeraltı və əsaslı təmiri sektorunun müdiri, laboratoriya müdiri, 1987-ci ildən isə Türkmənneft ETLİ-da (Nəbitdağ ş.) elmi iş üzrə direktor müavini işləmişdir.

Rafiq Allahverdiyev
Allahverdiyev Rafiq Allahverdi oğlu
Doğum tarixi 1939
Doğum yeri Qazax, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 1999
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Elmi dərəcəsi texnika elmləri doktoru

Elmi fəaliyyəti

redaktə

Allehverdiyev R.A. neft və qaz yataqlarının işlənilməsi və istismarı sahəsində tanınmış alimdir.

Elmi tədqiqatların sahəsi: neft və qaz axınının intensivləşdirilməsi proseslərinin öyrənilməsi; quyuların quyudibi zonasının qeyri-nyuton mühiti ilə emalı üsulları; quyuların mənimsənilmə üsullarının təkmilləşdirilməsi məsələləri; quyuların lülələrində qum tıxaclarının yuyulması məsələləri; Qərbi Türkmənistanın mürəkkəbləşmiş şəraitlərdə (sulaşma, qum təzahürü və parafinləşmə, layların məhsuldarlığının pisləşməsi), son işlənilmə mərhələsində olan yataqlarında neft hasilatı səviyyəsinin stabilləşməsi və işlənilmə mərhələsinin artırılması məsələləri.

Allahverdiyev R.A. 100-dən artıq elmi məqalənin, 2 monoqrafiyanın, 11 rəhbər sənədin müəllifidir. İxtiralara görə 25 müəlliflik şəhadətnaməsi alıb. "Türkmənistan SSR əməkdar səmərələşdiricisi", "Neft və qaz sənayesinin əlaçısı" kimi adlara və bir çox fərmanlara layiq görülmüşdür.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rafiq_Allahverdiyev&oldid=6134632"
LOVE.AZ