. Love.az

Rahim Nuriyev - Wikipedia - Love.az

Ana Səhifə - Rahim Nuriyev

Nuriyev Rahim İbrahim oğlu (15 mart 1955, Lənkəran rayonu) — Cəlilabad Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, tarixçi, müəllim.

Rahim Nuriyev
Nuriyev Rahim İbrahim oğlu
Cəlilabad Rayonu İcra Hakimiyyətinin başçısı
1992 – 1993
Şəxsi məlumatlar
Doğum tarixi 15 mart 1955(1955-03-15) (70 yaş)
Doğum yeri
  • Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti tarixçi

Həyatı

redaktə

Rahim Nuriyev 15 mart 1955-ci ildə Lənkəran rayonunun Darquba kəndində müəllim ailəsində anadan olub. İlk təhsilini Darquba və Kərgəlan məktəblərində alıb. Lənkəran pedaqoji məktəbini (1974), Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini (1986) bitirib. 1973-cü ildə əmək fəaliyyətinə, 1974-cü ildə pedaqoji fəaliyyətə başlayıb.

1975–1977-ci illərdə hərbi xidmətdə olub. Lənkəranın müxtəlif məktəblərində müəllim və Cəlilabad rayonunda İcra hakimiyyəti başçısı (1992–1993) işləyib.[1] Hazırda Lənkəran şəhəri 9 saylı orta məktəbdə müəllim işləyir. Lənkəran bölgəsində milli-demokratik hərəkatın təşəbbüsçüsü, təşkilatçısı və liderlərindən biri olub.

1990-cı il yanvar hadisələri zamanı Lənkəranda "Elin səsi" qəzetinin nəşrini və həmçinin imperiyanın təcavüzkar siyasətini ifşa edən televerilişlər təşkil edib. Lənkəran Müəllimlər Cəmiyyətinin sədridir. Evlidir, 3 övladı var.

İstinadlar

redaktə
  1. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2025-01-02.

Xarici keçidlər

redaktə
  • Rus qoşunlarının Lənkərana hücumu qabaqcadan planlaşdırılmışdı Arxivləşdirilib 2012-01-28 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rahim_Nuriyev&oldid=7932408"
LOVE.AZ