. Love.az

Ralf Rotman - Wikipedia - Love.az

Ana Səhifə - Ralf Rotman

Ralf Rotman (10 may 1953[1][2][…], Şlezviq[d], Şlezviq-Holşteyn) — alman yazıçı və dramaturq.[3]

Ralf Rotman
alm. Ralf Rothmann‎
Doğum tarixi 10 may 1953(1953-05-10)[1][2][…] (72 yaş)
Doğum yeri
  • Şlezviq[d], Şlezviq-Holşteyn, Almaniya Federativ Respublikası
Fəaliyyəti Yazıçı
Fəaliyyət illəri 1986-h.h
Əsərlərinin dili Alman, İngilis, Türk
İlk əsəri "Bıçağın ucu"
Mükafatları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və fəaliyyəti

redaktə

Ralf Rotman 10 may 1953-cü ildə Almaniyanın şimal-şərqində yerləşən Şlezviq şəhərində doğulmuşdur. Orta məktəbdən sonra qısamüddətlik ticarət məktəbinə getmiş, ardınca isə tikintidə çalışmışdır. 1976-cı ilə Berlinə köçmüş və 1986-cı ildə "Bıçağın Ucu" adlı ilk əsərini nəşr etdirmişdir.[4] Müxtəlif dillərə tərcümə edilmiş çoxsaylı əsərləri mövcuddur.

2004-cü ildə "Gənc İşıq" adlı əsərini dərc etdirmişdir. Kitabda, 12 yaşlı yeniyetmənin 1960-cı illərin sənaye bölgəsi olan Almaniyanın Ruhr şəhərindəki yaşayışı psixoloji detallarla oxuculara təqdim olunmuşdur. "Gənc İşıq" əsəri 2016-cı ildə "Junges Licht" adı ilə filmləşdirilmişdir.[5]

Mükafatları

redaktə
  • 2017-ci ilə Almaniyanın "Kleist Preis" mükafatına layiq görülmüşdür.[6]

İstinadlar

redaktə
  1. ↑ 1 2 Ralf Rothmann // filmportal.de. 2005.
  2. ↑ 1 2 Ralf Rothmann // Brockhauz Ensiklopediyası (alm.).
  3. ↑ LİTon.NRW. "Profil von Ralf Rothmann".
  4. ↑ Ralf Rothmann. Knife Edge. New Directions. 1992.
  5. ↑ Raf Rothman. Young Light. 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-27.
  6. ↑ Kleist-museum. "Die Kleist-Preisträger seit 1985". 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-27.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ralf_Rotman&oldid=8009832"
LOVE.AZ