. Love.az

Ramil Rzayev - Wikipedia - Love.az

Ana Səhifə - Ramil Rzayev

Ramil Rzayev (tam adı: Ramil Əbil oğlu Rzayev; 13 avqust 1976, Bakı) — diplomat, hüquqşünas, Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri.

Ramil Rzayev
Ramil Əbil oğlu Rzayev
Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri
Vəzifədədir
20 dekabr 2024-cü ildən
Prezidentİlham Əliyev
ƏvvəlkiCəlal Mirzəyev
Şəxsi məlumatlar
Doğum tarixi 13 avqust 1976 (48 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Partiya bitərəf
Təhsili Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsi
Fəaliyyəti diplomatiya
Uşağı 2 övlad
Dini İslam
Elmi fəaliyyəti
Elm sahəsi hüquq
Tanınır diplomat

Mündəricat

  • 1 Həyatı
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

1993–1997-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bakalavr, 1997–1999-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini magistr dərəcəsi ilə fərqlənmə ilə bitirib. 2001–2003-cü illərdə isə Rusiya Federasiyasının Diplomatiya Akademiyasının Beynəlxalq münasibətlər fakültəsini bitirmişdir.[1]

2000–2004-cü illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Müstəqil Dövlətlər Birliyi (MDB) idarəsinin attaşesi, 2004–2006-cı illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin üçüncü katibi, 2006-cı ildə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin üçüncü katibi, 2007–2009-cu illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin ikinci katibi, 2009–2011-ci illərdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyinin ikinci katibi, 2011–2013-cü illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin birinci katibi, 2013–2017-ci illərdə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin birinci katibi, 2018–2020-ci illərdə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfirliyinin birinci katibi, 2020–2023-cü illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Dövlət protokolu idarəsinin rəisi vəzifələrində çalışıb. 2023-cü ildən 20 dekabr 2024-cü il tarixinədək Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Asiya və Sakit Okean Ölkələri İdarəsinin rəisi olmuşdur.[1]

20 dekabr 2024-cü ildən Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.[2]

Xarici dil bilikləri ingilis, rus və türk dilləridir.[1]

Həmçinin bax

redaktə
  • Azərbaycan–İndoneziya münasibətləri
  • Azərbaycanın xarici siyasəti

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 "Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı səfirliyinin rəsmi internet səhifəsi. Səfir Ramil Rzayev". İstifadə tarixi: 2025-02-14.
  2. ↑ "R.Ə.Rzayevin Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-23.

Xarici keçidlər

redaktə
  Vikianbarda Ramil Rzayev ilə əlaqəli mediafayllar var.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ramil_Rzayev&oldid=8029946"
LOVE.AZ