. Love.az

Ramiz Almazov - Wikipedia - Love.az

Ana Səhifə - Ramiz Almazov

Ramiz Almazov (rus. Алмазов Рамиз Чобан оглы; d. 11 aprel 1960, Dəllər, Başkeçid rayonu) — Rusiya Daxili xidmət general-leytenantı.

Ramiz Almazov
rus. Алмазов Рамиз Чобан оглы
Şəxsi məlumatlar
Doğum tarixi 11 aprel 1960 (65 yaş)
Doğum yeri Dəllər, Başkeçid rayonu
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya
Rütbəsi general-leytenant
Təltifləri 2-ci dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeninin medalı (Rusiya)

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Ramiz Çoban oğlu Almazov 11 aprel 1960-cı ildə qədim Borçalı mahalının Başkeçid rayonunun Dəllər (Dağ Dəlləri) kəndində anadan olub.

DİN-nin Novosibirsk Ali Hərbi Komandanlıq Məktəbini bitirib. İxtisasca hüquqşünasdır. Xakasiya Respublikasında DİN-nin islah-əmək müəssisələri Penitisiar xidmətinin rəisi, Rusiya Ədliyyə Nazirliyinin Xakasiya Respublikası üzrə idarə rəisinin müavini, 2003-2011-ci illərdə Tıva Respublikası üzrə Federal Penitensiar Xidmətin Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.

Ramiz Almazov 17 dekabr 2011-ci ildən Samara vilayətinin Federal Penitensiar Xidmət Baş İdarəsinin rəisi təyin edilib və indiyədək general-mayor rütbəsi ilə bu vəzifədə çalışırdı.

2016-cı ildə Rusiya prezidenti Vladimir Putinin Fərmanı ilə Daxili xidmət general-leytenantı rütbəsinə layiq görülüb.[1].

Ailəsi

redaktə

Evlidir, bir oğlu, bir qızı var.

İstinadlar

redaktə
  1. ↑ "Указ №73 «О присвоении воинских званий высших офицеров, специальных званий высшего начальствующего состава и высших специальных званий»" (PDF). 2019-12-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-05-15.

Xarici keçidlər

redaktə
  • Сайт УФСИН России по Самарской области
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ramiz_Almazov&oldid=6679417"
LOVE.AZ