Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. (noyabr 2022) |
Bu məqalə stil kitabçasına uyğun deyil. Xahiş olunur məqalədə düzəlişlər apararaq onu stil kitabçasına uyğunlaşdırın. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. (noyabr 2022) |
Ramiz Mütəllim oğlu Aslanov — Azərbaycan riyaziyyatçı alimi, professor.
Ramiz Aslanov | |
---|---|
Ramiz Mütəllim oğlu Aslanov | |
Doğum tarixi | 26 mart 1947(1947-03-26) (78 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
![]() ![]() |
Elmi dərəcələri | |
Elmi adı | |
İş yerləri | AMEA Riyaziyyat və Mexanika İnstitutu |
![]() |
Ramiz Mütəllim oğlu Aslanov 1947-ci il martın 26–da Azərbaycan Respublikasının Daşkəsən rayonu Muşavaq kəndində anadan olmuşdur. 1964-cü ildə Dəstəfur kənd orta məktəbini əla qiymətlərlə bitirmiş və həmin ili H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1968-ci ildə buranı bitirib orta məktəbdə riyaziyyat müəllimi ixtisası almışdır və həmin institutda işləmək üçün saxlanılıb.[1]
1968–1995-ci illərdə H. Zərdabi adına Kirovobad Dövlət Pedaqoji İnstitutunda əmək fəaliyyəti müddətində o, laborant, baş laborant, müəllim, V. İ. Lenin adına APİ-nin aspirantı, müəllim, riyazi analiz kafedrasının müdiri, qiyabi təhsil üzrə prorektor vəzifələrində çalışmışdır.
1980–1982-ci illərdə Kirovabad şəhəri (indiki Gəncə) rayon Sovetinin xalq deputatlar sovetinə deputat seçilmişdir.
1973–1982-ci illərdə o, Kirovabad Dövlət Pedaqoji İnstitutu (indiki Gəncə Dövlət Universiteti) nəzdində olan tələbə dəstəsinin komandiri olmuşdur (Azərbaycanda, Stavropol diyarında, Krasnodar diyarında). 4 noyabr 1981-ci ildə Bakı Dövlət Universitetinin mexanika riyaziyyat fakültəsinin dissertasiya şurasında o "Abstrakt fəzalarda elliptik tip tənliklər üçün bəzi yüklənmiş sərhəd məsələləri" 01.01.01 ixtisas üzrə (riyazi analiz) namizədlik dissertasiyasını müdafiə etmişdir(elmi rəhbər BDU-nin "Funksiyalar nəzəriyyəsi və funksional analiz" kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Amir Şamil oğlu Həbibzadə olmuşdur). Rəsmi opponentlər: fizika-riyaziyyat elmləri doktoru, professor V. V. Gruşin (Moskva Elektron Maşınqayırma İnstitutu(MİEM), tətbiqi riyaziyyat kafedrası, Moskva şəh.); fizika-riyaziyyat elmləri namizədi, dosent B. Panayoti (Moskva Elektrotexnika İnstitutu(MİET), ali riyaziyyat kafedrası, Zelenograd şəh.); aparıcı təşkilat: Azərbaycan SSR Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu (indiki Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının [Riyaziyyat və Mexanika İnstitu.
30 iyun 1982-ci ildə SSSR-nin Nazirlər Sovetinin nəzdində Ali Attestasiya Komissiyasının qərarına əsasən fizika-riyaziyyat üzrə elmlər namizədi dərəcəsinə layiq görülmüşdür. 4 iyun 1986-cı ildə SSSR- nın Nazirlər Sovetinin nəzdində Ali Attestasiya Komissiyasının qərarına əsasən o, dosent elmi adına layıq görülmüşdür.
1995–1997-ci illərdə o, Moskva Pedaqoji Dövlət Universitetinin riyaziyyat fakültəsinin doktoranturasını bitirmiş, 1997-ci ildə Moskva Pedaqoji Dövlət Universitetinin dissertasiya şurasında "Pedaqoji ali məktəblərdə (İnstitut və Universitetlər) differensial tənliklərin tədrisinin metodik sistemi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
1998-ci ildə RF Dövlət Ali Attestasiya Komitəsinin qərarı ilə, o pedaqoji elmlər doktoru dərəcəsinə layiq görülmüşdür. 1998–2000-ci illərdə o, Moskva Dövlət Pedaqoji Universitetin nəzdində və Moskva Dövlət Vilayət Pedaqoji Universitetlərində "Differensial tənliklər" dərsliyin yazılması məqsədilə yaradıcılıq məzuniyyətində olmuş. 2000-ci il 1 oktyabrdan 2015 ilin 1 oktyabrna qədər o, Moskva Pedaqoji Dövlət Universitetinin riyaziyyat fakültəsinin riyazi analiz kafedrasının professoru işləmişdir.
2001-ci ilin 27 martında o, Moskvada Beynəlxalq Pedaqoji Təhsil Elmlər Akademiyasının müxbir üzvü seçilmiş, 2002–2012-ci illərdə o, Moskva Pedaqoji Dövlət Universitetinin "Riyazi analiz" kafedrasının elmi işlər üzrə müdir müavini, həmçinin həmin illərdə Pedaqoji təhsil üzrə Beynəlxalq elmlər akademiyasının riyaziyyat bölməsinin katibi işləmişdir.
2001–2010-cu illərdə MPDU riyaziyyat fakültəsinin DAK-ın üzvü olmuşdur. 21.03.2005–2012-ci illərdə Moskva Pedaqoji Dövlət Universitetinin riyaziyyat fakültəsinin tədris-metodik işlər üzrə dekan müavini vəzifəsində işləmişdir. 2002-ci ildən 2015-ci ilin 1 oktyabrında o, Moskva Pedaqoji Dövlət Universiteti nəznində pedaqoji kadrların hazırlanması sahəsində riyaziyyat və informatika təhsili üzrə tədris-metodiki komissiyanın elmi katibi vəzifəsində çalışmışdır. İş prosesində o, dəfələrlə Tədris Metodik Birləşməyə (УМО) təqdim olunan monoqrafiya, dərslik, dərs vəsaiti və tədris-metodik materialların eksperti və resenzenti olmuşdur. 2005–2012-ci illərdə o MPDU riyaziyyat fakültəsinin Elmi Şuranın üzvü olmuşdur. 2010-cu ildən 2015-ci ilin 1 oktyabrına qədər MPDU nəzdində olan Д 212.154.18 Doktorluq Dissertasiya Şurasının elmi katibi olmuşdur. 2009-cu ildən 2016-cı il sentyabrın 1 qədər – Moskva Şəhər Pedaqoji Universitetinin nəzdində ДМ 850.007.03 Dissertasiya Şurasının üzvü olmuşdur. 2011 ildə — RF təhsil, elm sahəsində nəzarət üzrə Federal Xidmətinin əmri ilə ona "Riyazi Analiz" kafedrası üzrə professor elmi adı verilmişdir. 2013-cü ilin 29 oktyabr o, Beynəlxalq Pedaqoji Təhsil üzrə Elmlər Akademiyasının akademiki seçilmişdir.
2007, 2008, 2010-cu illərdə Moskva Şəhər Pedaqoji Universitetinin riyaziyyat fakültəsinin, 2009, 2010-cu illərdə Arxanqelskdə fəaliyyət göstərən M. V. Lomonosov adına Pomor Dövlət Universitetinin (hazırda Şimal Federal Arktika Universiteti) riyaziyyat fakültəsinin, 2013–2014-cü illərdə Voloqda Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsinin, 2013, 2015, 2016-cı illərdə İ. N. Ulyanov adına Ulyanovsk Dövlət Pedaqoji Universitetinin riyaziyyat və texnoloji təhsil fakültəsinin Dövlət Attestasiya Komissiyasının sədri olmuşdur.
2004-cü ildən 2015-ci ilə qədər o, Moskva Pedaqoji Dövlət Universitetinin riyaziyyat fakültəsinin bazası əsasında keçirilən "Qadın riyaziyyatçılar" adlı tələbə elmi-praktik konfransının təşkilatçısı və elmi rəhbəri olmuşdur. 2015-ci il noyabrın 1-dən o, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun "Elmi-texniki informasiya" şöbəsinin müdiri vəzifəsində çalışır.
2016-cı ildən İ. A. Bunin adına Yelets Dövlət Universitetin nəzdindəki "Continium. Riyaziyyat. İnformatika. Təhsil" elmi jurnalının, 2017 ildən Pitirim Sorokin adına Sıktıvkar Dövlət Universitetinin "Vestnik Sıktıvkarskoqo Universiteta. Seriya 1. Riyaziyyat. Mexanika. İnformatika" jurnalının redaksiya heyətinin üzvüdür.
2003-cü ildən 5 pedaqoji elmlər namizədi hazırlayıb, eyni zamanda 2 aspirant və 2 doktoranta rəhbərlik edir. O, dəfələrlə müdafiə şurasında opponent olmuş, dissertasiya, avtoreferatlara, monoqrafiya, dərsliklər, dərs vəsaitlərinə ekspert kimi rəy vermişdir. 2001 −2015-ci illərdə Moskva Pedaqoji Dövlət Universitetinin riyaziyyat fakültəsində magistr dissertasiyalarına və diplom işlərinə (buraxılış işlərinə) rəhbərlik etmış və müxtəlif buraxılış işlərinə rəy vermişdir. 2005–2015 ilin 1 oktyabrına qədər o, namizədlik minimumun qəbulu və 3 ixtisas üzrə (riyazi analiz, diferensial tənliklər və riyaziyyatın tədrisi nəzəriyyəsi) aspiranturaya qəbul komissiyasının üzvü olmuşdu. 2001 ildən 2015 ilə qədər Moskva Pedaqoji Dövlət Universitetinin riyaziyyat fakültəsində elmi işlərin məcmuəsinin məsul katibi olmuşdur, onun təşəbbüsü ilə 8 elmi məcmuə nəşr edilmişdir:
Ailəlidir, 3 övladı var.
Vikianbarda Ramiz Aslanov ilə əlaqəli mediafayllar var. |