Rasim Rza oğlu İsmayılov (13 iyul 1936, Bakı – 5 may 2004, Bakı) — Azərbaycan kinooperatoru, kinorejissor, ssenari müəllifi,[1] kino rəssamı, Azərbaycanın əməkdar incəsənət xadimi (1976).
Rasim İsmayılov | |
---|---|
Rasim Rza oğlu İsmayılov | |
![]() | |
Doğum tarixi | 13 iyul 1936(1936-07-13) |
Doğum yeri | |
Vəfat tarixi | 5 may 2004(2004-05-05) (67 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
![]() ![]() |
Həyat yoldaşı | |
Fəaliyyəti | kinooperator[d], kinorejissor |
Təhsili | |
Mükafatları |
![]() ![]() ![]() |
IMDb | ID0411351 |
Rasim İsmayılov 1936-cı il iyul ayının 13-də Bakıda anadan olub. 1958-ci ildə Bakı kinostudiyasında operator assistenti kimi fəaliyyətə başlamışdır.[2] 1958–1962-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakultəsini bitirərək, "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator işləməyə başlayıb.[3] 1963–1978-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında quruluşçu operator kimi, 1977-ci ildən isə quruluşçu rejissor kimi bir neçə bədii film çəkib. ADMİU-nun baş müəllimi olmuşdur.
5 may 2004-cü ildə vəfat edib.