. Love.az

Raymund Bado - Wikipedia - Love.az

Ana Səhifə - Raymund Bado

Raymund Bado (mac. Badó Rajmund; 15 avqust 1902, Budapeşt – 26 dekabr 1997[1], Nyu-York, Nyu-York ştatı) — macar Yunan-Roma güləşçisi, Avropa çempionu.

Raymund Bado
mac. Badó Rajmund
Şəxsi məlumatlar
Vətəndaşlığı
  •  Macarıstan
Doğum tarixi 15 avqust 1902(1902-08-15)
Doğum yeri
  • Budapeşt, Avstriya-Macarıstan
Vəfat tarixi 26 dekabr 1997(1997-12-26)[1] (95 yaşında)
Vəfat yeri
  • Nyu-York, Nyu-York ştatı, ABŞ
İdman növü idman güləşi[d]
Medallar
Yunan-Roma güləşi
Olimpiya Oyunları
Gümüş Paris 1924 82,5 kq çox
Avropa Çempionatları
Qızıl Milan 1925 82 kq çox
Bürünc Budapeşt 1927 82 kq çox
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Raymund Bado 1902-ci ildə Budapeştdə anadan olmuşdur. 1924-cü ildə cavan olmasına baxmayaraq, o, Olimpiya yığmasına daxil edilmişdi və Paris Olimpiya Oyunlarında 82,5 kq-dan yuxarı çəki kateqoriyasında gümüş medalı qazanmışdır. 1925-ci ildə o, Avropa Çempionatının gümüş medalını qazana bilmişdir və 1927-ci il Avropa Çempionatında birinci yeri tutdu. 1928-ci ildə o, Amsterdam Olimpiya Oyunlarında iştirak etdi, amma orada yalnız altıncı oldu.

1934-cü ildə Raymund Bado Misirə köçdü və orada məşqçi kimi fəaliyyət görməyə başladı. Onun sonrakı həyatı haqqında məlumat demək olar ki yoxdur.

Xarici keçidlər

redaktə
  • Raymund Bado Arxivləşdirilib 2020-04-18 at the Wayback Machine — Sports-Reference.com saytında Olimpiya statistikası (ing.)
  • Raymund Bado — International Wrestling Database saytında profili (ing.)
  1. ↑ 1 2 https://www.olympedia.org/athletes/58541.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Raymund_Bado&oldid=7161623"
LOVE.AZ