. Love.az

Rejans - Wikipedia - Love.az

Ana Səhifə - Rejans
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
Bu məqalədə və ya bölmədə Vikipediya meyarlarına uyğun olmadığı üçün təkmilləşdirilməsinə ehtiyac olan hissələr var.
Lütfən bu məqaləni redaktə edərək təkmilləşdirilməsinə kömək edin.
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir.
Lütfən, etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər. (yanvar 2024)
(Learn how and when to remove this template message)

Kafe de la Rejans - məşhur Paris kafesi, XVII-XVIII əsrlərdə şahmat oyununun mərkəzi kimi məşhurlaşmışdır. Bu kafedə öz dövrünün ən tanınmış şahmatçıları olmuş və şahmat partiyaları oynamışdılar.

Parisdə ilk kafelərdən biri 1681-ci ildə fr. Café de la Place du Palais-Royal adlı kafe olmuş və 1715-ci ildən sonra öz adını dəyişmişdir. Kafenin yeni adı azyaşlı kral XV Lüdoviqin əvəzinə ölkəni idarə edən Orleanlı II Filippin dövru sayılan Regentlik dövrünün ( 1715-1723) adı ilə adlandırılmışdır. Lakin kafe öz adını saxladı. 1740-cı ildən başlayaraq Paris şahmatçıları əvvəllər şahmat partiyası oynadıqları “Prokop” kafesinə yox, məhz bura gəlməyə başladılar.

Kafenin daimi müştəriləri sırasında Deni Didro, Jan-Jak Russo, Fransua-Andre Fillidor, Napoleon Bonapart və Bencamin Franklin kimi məşhur şəxslərə rast gəlmək olardı.Didro özünün “Le neveu de Rameau” ( “Qardaş oğlu Ramo” ) kitabında bu kafenin təsvirini vermişdir.

Kafe uzun illər 1798-ci ildə Napoleonun oynadığı mərmər şahmat stolu ilə fəxr etmişdir. Bu kafedə şahmatdan əlavə bilyard və dama oyunu da oynanılmışdır. 1858-1859-cu illərdə Avropaya səfəri zamanı amerikalı məşhur şahmatçı Pol Mörfi bu kafedə tez-tez olurmuş. Hətta o burada Qarviçi 5,5-2,5 hesabı ilə məğlub etmişdir. 1894-cu ildə bu kafe ilə Sankt-Peterburqda yerləşən kafe ilə məsafəli (distansiyalı) şahmat turniri keçirilmişdir.

1910-cu ildə kafenin sahibi dəyişildi və bu kafe restoran görkəminə salındı.Keçmiş kafenin bəzi dekorasiyaları restoranda 1950-ci illərin ortalarına qədər qalmışdır.

Paris şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rejans&oldid=8047658"
LOVE.AZ