. Love.az

Grep - Wikipedia - Love.az

Ana Səhifə - Grep

grep — mətn verilənindən requlyar ifadəyə uyğun nəticəni tapıb, çıxartmaq üçün istifadə olunan komandadır. İlk versiyası Unix əməliyyat sistemi üçün yaradılmışdır. Hal-hazırda bütün *nix əməliyyat sistemlərində istifadə olunur. grep açılımı — global regular expression print (qlobal requlyar ifadələri çap et) şəklindədir.

İstifadəsi

redaktə

metn.txt faylının içərisindən yeni sözü olan sətirləri tapıb, çıxarmaq istəyirik:

grep yeni metn.txt

Cari kataloqdakı bütün mətn fayllarının içərisindən yeni sözü olan sətirləri tapıb, çıxarmaq üçün:

grep yeni *.txt
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Grep&oldid=7500187"
LOVE.AZ