. Love.az

Robert Adler - Wikipedia - Love.az

Ana Səhifə - Robert Adler
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır.
Mövzu ilə bağlı müzakirə səhifəsindəki müzakirələrə qoşula və fikirlərinizi bildirə bilərsiniz. Məqaləyə etibarlı mənbələr əlavə edərək təkmilləşdirə bilərsiniz.

Robert Adler (4 dekabr 1913[1], Vyana[2] – 15 fevral 2007[1], Boyse) — Amerikalı ixtiraçı idi və çoxsaylı patentlərə malikdir.

Robert Adler
Doğum tarixi 4 dekabr 1913(1913-12-04)[1]
Doğum yeri
  • Vyana, Avstriya-Macarıstan[2]
Vəfat tarixi 15 fevral 2007(2007-02-15)[1] (93 yaşında)
Vəfat yeri
  • Boyse, Aydaho, ABŞ
Vəfat səbəbi ürək çatışmazlığı[3]
Dəfn yeri
  • Boyse
Təhsili
  • Vyana Universiteti (–1937)
Fəaliyyəti ixtiraçı, fizik, universitet müəllimi[d], mühəndis, elektrik mühəndisi
Mükafatları "Emmi" mükafatı (Amerika Birləşmiş Ştatları) — 1995

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 İstinadlar
  • 4 Ədəbiyyat
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Robert Adler 1913-cü ildə Vyanada anadan olmuşdur. Robert Adler 1937-ci ildə Vyana Universitetindən fizika fakültəsində təhsil almışdır. 1939-cu ildə ölkəni tərk etmişdi.O, əvvəlcə Belçikaya, daha sonra İngiltərədə yaşamış və buradan da Amerika Birləşmiş Ştatlarına köçmüşdür.

Fəaliyyəti

redaktə
 
Zenit Kosmos Komandiri Altı yüz uzaqdan idarə

Robert Adler Birləşmiş Ştatlara köçdükdən sonra 1941-ci ildə araşdırma şöbəsində Zenith Electronics-də işə başlamışdır. Yaşadığı müddətdə Adler 58 ABŞ patentinə layiq görülmüşdür. 29 iyun 1956-cı ildə avstriya əsilli amerikalı ixtiraçı Robert Adler televizor üçün ilk pultu yaratmışdır.[1] Zenith Space Commander adlanan bu pult mexaniki idi və kanalın və səsin dəyişdirilməsi üçün ultrasəsdən istifadə edirdi. Maraqlıdır ki, xanımının sözlərinə görə, Adler nadir hallarda televizora baxırdı, o mütaliə etməyi daha üstün tuturdu.

Görkəmli ixtiraçı 180 patentin müəllifidir.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Robert Adler // https://pantheon.world/profile/person/Robert_Adler.
  2. ↑ 1 2 Hafner K. Robert Adler, Zenith Physicist, Dies at 93 (ing.). // The New York Times / red. (not translated to en-us) (untranslated): New York Times Company, (untranslated), 2007. 443000 nüs. ISSN 0362-4331; 1553-8095; 1542-667X
  3. ↑ https://www.nndb.com/people/744/000165249/.

Ədəbiyyat

redaktə
  • Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Robert_Adler&oldid=7211767"
LOVE.AZ