Robin Vilyams (ing. Robin Williams; 21 iyul 1951[2][3][…], Çikaqo, İllinoys[6] – 11 avqust 2014[4][2][…]) — ABŞ aktyoru. Bir "Oskar", iki "Emmi", beş "Qremmi" və altı "Qızıl Qlobus" mükafatı laureatı.
Robin Vilyams | |
---|---|
ing. Robin Williams[1] | |
![]() Robin Vilyams 2011-ci ildə | |
Doğum adı | Robin McLaurin Williams |
Doğum tarixi | 21 iyul 1951(1951-07-21)[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 11 avqust 2014(2014-08-11)[4][2][…] (63 yaşında) |
Vəfat səbəbi | asılma[d][7] |
Uşaqları |
|
Atası | Robert Uilyams[d] |
Fəaliyyəti | televiziya aktyoru, kino aktyoru, aktyor, komediyaçı, film prodüseri, ssenarist, səsli kitab hekayəçəsi[d], teatr aktyoru, səsləndirmə aktyoru[d] |
Fəaliyyət illəri | 1972–2014 |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
![]() ![]() |
IMDb | ID0000245 |
robinwilliams.com | |
![]() |
Robin Vilyams 21 iyul 1951-ci ildə İllinois ştatının Çikaqo şəhərində doğulub.[8] Onun atası Robert Fitscerald Vilyams (1906–1987) Ford şirkətinin Linkoln-Merkuri şöbəsində yüksək səviyyəli rəhbər vəzifəsində çalışmış, anası Lauri (1922–2001) isə Missisipi ştatının Cekson şəhərindən olan keçmiş model idi.[9][10] Onun anasının ulu babası Anselm J. McLaurin tanınmış Missisipi senatoru və qubernatoru idi.[11] Robin Vilyamsın iki böyük ögey qardaşı var idi. Biri Robert idi və ona da Todd deyirdilər. Digəri isə Maklorin idi.[12] Vilyams 2001-ci ildə "Inside the Actors Studio"da televiziya müsahibəsi zamanı yumor hissinin formalaşmasında anasının böyük rol oynadığını söylədi. O, daim onu güldürməyə çalışırdı.[13]
Vilyams 11 avqust 2014-cü il tarixdə yerli vaxtla saat 11:55 radələrində Kaliforniya ştatının Paradise Cay şəhərində yerləşən evində ölü vəziyyətdə tapılmışdır.[14] Onun ölüm səbəbinin asılaraq intihar olduğu müəyyən edilib.[15] Vilyams Levi cisimcikli demensiyadan əziyyət çəkirdi, buna görə ağır depressiyaya düşmüşdü.[16][17]
Barak Obama bildirmişdir ki, Vilyams "insan ruhunun hər bir hissəsinə toxunmağı bacara bilən bir aktyor" olmuşdur.
Vikianbarda Robin Vilyams ilə əlaqəli mediafayllar var. |