. Love.az

Robinzon Kruzo Adasi - Wikipedia - Love.az

Ana Səhifə - Robinzon Kruzo Adasi
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Robinzon Kruzo adası (isp. Isla Robinsón Crusoe) — Çilinin Xuan Fernandez adalarına daxil Sakit okeanın cənubunda, Cənubi Amerika sahillərinin 674 km qərbində yerləşən ada. Adanın adı Çili dövləti tərəfindən 1966-cı ildə dəyişdirilmişdir. Bu dövrə qədər Isla Más a Tierra (azərb. Sahilə daha yaxın olan ada‎) şəklində adlanan ada, bu ildən etibarən Robinzon Kruzo olaraq adlandırılmışdır. 1704-cü ildə etibarən Şotland dənizçisi Aleksandr Selkirk bu adada 4 il 4 ay boyunca tək və tənha yaşamışdır. Daniel Defonun məşhur Robinzon Kruzo əsərini Aleksandr Selkirkin başına gəlmiş bu hadisə əsasında yazdığı ehtimal olunur. Adada 500 nəfər əhalisi olan San Xuan Bautista adlı qəsəbə yerləşir. Demək olar ki, ada əhalisinin hamısı burada yaşayır. Yerli əhali dəniz xərçənginin ovlanması və turizm ilə gündəlik gəlirlərini əldə edirlər. Hər il Robinzon Kruzo adasına, adı səbəbindən yüzlərlə turist gəlir. Ada sahillərindən bir neçə yüz metr qarşıda Alman nasist ordusuna məxsus SMS Drezden gəmisi batmışdır.

Robinzon Kruzo adası
isp. Isla Robinsón Crusoe
Ümumi məlumatlar
Sahəsi 47,9 km²
Eni 7 km
Hündür nöqtəsi 916 m
Əhalisi 630 nəfər (2002-ci il)
Yerləşməsi
33°38′40″ c. e. 78°51′32″ q. u.HGYO
Ölkə  Çili
Robinzon Kruzo adası xəritədə
Robinzon Kruzo adası
Robinzon Kruzo adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Robinzon Kruzo adası

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  Vikianbarda Robinzon Kruzo adası ilə əlaqəli mediafayllar var.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Robinzon_Kruzo_adası&oldid=7353373"
LOVE.AZ