. Love.az

Xuan Fernandez Adalari - Wikipedia - Love.az

Ana Səhifə - Xuan Fernandez Adalari

Xuan Fernandez adaları (isp. Archipiélago Juan Fernández) — Sakit okeanın cənubunda yerləşən Çili dövlətinə məxsus adalar qrupu. Adalar Çili sahillərindən 670 km qərbdə yerləşir. Adalar Çilinin Valparaiso şəhərinin en dairəsi boyunca yerləşir və aşağıdakı üç adadan ibarətdir.

  • Robinzon Kruzo adası - Adalar qrupuna daxil olan və əhali yaşayan yeganə adadır. Adanın inzibati mərkəzi San Xuan Bautista şəhəridir. Şəhərdə 600 nəfərə yaxın əhali yaşayır.
  • Aleksandr Selkirk adası - Ada, Aleksandr Selkirkin şərəfinə adlandırılmışdır. Aleksandr Selkirk adasında insan yaşamır və Robinzon Kruzo adasının 160 kilometr qərbində yerləşir.
  • Santa Klara adası - Ada, Robinzon Kruzo adasının bir neçə kilometr cənub qərində yerləşir.
Robinzon Kruzo adasının inzibati mərkəzi San Xuan Bautista şəhərinin sahildən olan görünüşü.
Vikianbarda Xuan Fernandez adaları ilə əlaqəli mediafayllar var.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Xuan_Fernandez_adaları&oldid=6833425"
LOVE.AZ